Azərbaycana qarşı hərəkətə keçdilər – “Britaniya belə bir qərar versə…”

 

“Ermənistan və erməni lobbisinin Azərbaycan əleyhinə informasiya müharibəsini genişləndirdiyi dönəmdə biz də diplomatik zəmində fəallığımızı artırmalıyıq”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

“Ermənistan Azərbaycanın tərəfdaşlarıyla əməkdaşlığa çalışır. İrəvan Macarıstanla diplomatik münasibətləri bərpa etdikdən və rəsmilərin qarşılıqlı səfərlərini reallaşdırdıqdan sonra Böyük Britaniya ilə də əməkdaşlığın inkişafı yollarını arayır. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Britaniyaya səfəri zamanı deyib ki, İrəvan Londonla hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişi imzalamaq niyyətindədir. Ermənistanın Bnritaniya ilə iqtisadi əməkdaşlığı genişləndirdiyini və strateji əlaqələr qurduğunu bildirən Mirzoyan Londonla münasibətləri yeni səviyyəyə qaldırcaqlarını vurğulayıb.

İrəvan Londonla hərbi və təhlükəsizlik sahəsində də əməkdaşlığa ümid edir. İrəvan Brityaniya hərbçilərinin Avropa İttifaqının Ermənistandakı müşahidəçi missiyasına qatılmasını da istəyir. Londonun belə bir qərar verməsi Azərbaycan-Britaniya münasibətlərinə mənfi təsir edəcək. İrəvan elə buna çalışır”, – ekspert bildirib.

Elxan Şahinoğlu qeyd edib ki, Ermənistan Azərbaycanın tərəfdaşlarını öz tərəfinə çəkmək istəyir:

“Buna seyirçi qalmaq olmaz. Ümid etmək olmaz ki, dost və tərəfdaşlarımız Azərbaycanın maraqlarına tərs düşərək, Ermənistanla hərtərəfli əməkdaşlığa üstünlük verməyəcəklər. Britaniyanın baş nazirlərindən birinin söylədiyi kimi, Britaniyanın əbədi dostları və düşmənləri yoxdur, əbədi maraqları var.

Bəllidir ki, hazırda Britaniyanın maraqları Azərbaycanla tərəfdaşlığın davamını diktə edir, ancaq buna arxayın olaraq, hadisələri axarına buraxmaq doğru deyil. Ermənistan və erməni lobbisinin Azərbaycan əleyhinə informasiya müharibəsini genişləndirdiyi dönəmdə biz də diplomatik zəmində fəallığımızı artırmalıyıq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password