“İranlılar Ermənistanda kütləvi şəkildə Qərbin xeyrinə casusluğa cəlb edilirlər” – Sergey Mardan

 

“Ermənistanın xüsusi xidmət orqanları İran vətəndaşlarını Qərbin maraqları üçün işə cəlb edirlər”.

Bu barədə daha çox Sergey Mardan yaradıcı təxəllüsü ilə tanınan rusiyalı jurnalist Sergey Klyuçenkov “Telegram” kanalında yazır.

“Artıq neçə illərdir ki, iranlılar Ermənistana turist səfərlərinə sevə-sevə yollanırlar. “Ayətullahlarla” birgə əylənmək olmur, çox yaxın məsafədə isə nisbi azadlıq var. Əməlli başlı kef edə bilərsən – istədiyin qədər içki, sərbəst sevgi və hər şey ucuz. Ümumiyyətlə, farslar dincəlir, yerli xəzinə gəlir əldə edirdi və bu, hamı üçün yaxşı idi”, – o qeyd edir.

Lakin jurnalistin fikrincə, Nikol Paşinyan (Ermənistanın baş naziri – red.) hakimiyyətə gəldikdən sonra, ən azından diz çökmüş vəziyyətdə olsa belə, ölkəni kəskin şəkildə üzü Qərbə çevirdi:

“Avropadan, xüsusən də okeanın o tayından icazə almadan Ermənistan hakimiyyəti bir addım da ata bilməz. Bütün bunlar demokratiya, azadlıq və ümumi maraqlar haqqında gözəl şüarlar arxasında pərdələnir. Ancaq maraqlar olduqca konkretdir və Qərb onları necə müdafiə edəcəyini bilir – sərt və qətiyyətlə”.

Jurnalist əmindir ki, Aİ-nin təhlükəsizlik missiyası Ermənistanda açıq şəkildə fəaliyyət göstərir və demək olar ki, tamamilə NATO dövlətlərinin peşəkar kəşfiyyatçılarından ibarətdir.

Onun sözlərinə görə, Ermənistanın yeganə üstünlüyü onun coğrafi mövqeyidir. Paşinyanın dövründə ölkə Qərb kəşfiyyat xidmətləri üçün cənnətə çevrilib. Üstəlik, işin bir hissəsini, xüsusən də çirkli hissəsini onların erməni həmkarlarının özləri görürlər.

Jurnalist misal olaraq real hadisəni göstərir.

“Sıravi olmayan iranlılar İrəvanda istirahət edir, içki içir, sosial məsuliyyəti yüksək olmayan qızlarla əylənir, evə qayıtdıqdan sonra isə dərhal sorğu-sual olunurlar. Qərbin cəsur oğlanları birmənalı təkliflə sosial şəbəkələri döyəcləyirlər: Ya sən Mehdi Rza, indi bizim üçün məlumat toplayırsan, ya da bu gecə bütün erməni macəraların video və ətraflı izahatlarla “Telegram” kanallarında olacaq. Bundan sonra İslam Respublikasında necə və və hansı statusda yaşayacağına qərar ver. Artıq neçə belə əməliyyat uğurla həyata keçirilib. İndi bunun regionda ümumi təhlükəsizliyə hansı təhdidlər yaratdığını təsəvvür edin”, – Klyuçenkov vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password