İllər əvvəl Heydər Əliyev gündəmə gətirmişdi – Bu ərazilər də qaytarılmalıdır

 

XIX əsrin əvvəllərinə qədər nəinki Azərbaycanda, Cənubi Qafqaz bölgəsində erməni əhalisi olmayıb. Tək-tək tacirlər, din xadimləri və digər peşə sahibləri arabir bu ərazilərdə görünsələr belə, amma ermənilərin kütləvi şəkildə yaşadığı yerlər deyil.

Bunu AMEA-nın Qafqazşünaslıq İnstitutu Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev deyib.

Onun sözlərinə görə, ermənilər bu ərazidə aborigen xalq deyillər:

“XIX əsrin əvvəllərindən başlayaraq 1828-ci il Türkmənçay müqaviləsinə qədər Azərbaycan əraziləri Rusiya tərəfindən işğal edildi və İranla bölüşürüldü. 1828-ci il Türkmənçay müqaviləsinə görə, Şimali Azərbaycan adlandırılan indiki Azərbaycan Respublikasının ərazisi Rusiyanın tərkibində qaldığı üçün onun taleyi ilə də bu dövlət məşğul olmağa başladı.

Ona görə də 1828-1830-cu illər ərzində, iki il müddətinə Osmanlıdan 90 min, Qacarlardan isə 40 min erməni köçürülüb bu ərazilərdə yerləşdirildi. Xüsusən Naxçıvan, İrəvan və Qarabağ torpaqları erməni köçünə ünvan oldu. 1918-ci ilə qədər ermənilər müəyyən təşkilatlar yaradıb möhkəmləndilər. Beləliklə bu ərazilərin erməniləşdirilməsi üçün təşəbbüs göstərdilər, Ermənistan dövləti qurmaq üçün Qnçaq, ASALA, Daşnaksütyun terror təşkilatlarını yaratdılar.

1918-ci ildə Azərbaycan, Gürcüstan dövlətləri yarandığı bir dövrdə İrəvan şəhəri ermənilərə paytaxt verilməklə bir dövlət quraşdırıldı. Maraqlısı budur ki, Ermənistan Naxçıvan torpaqlarının bir hissəsində və əvvəlki İrəvan xanlığının torpaqları olan ərazidə yaradıldı. Bu ərazi 9.8 min kv km idi. Sovet hökuməti qurulandan sonra 1920-ci ildən başlayaraq ermənilər Azərbaycana torpaq iddiaları irəli sürdülər. Özlərinin daimi dövlətini yaratmaq üçün mübarizə aparmağa başladılar.

Ermənilər 1920-ci ildə ilk növbədə Naxçıvanın Dərələyəz bölgəsini – o vaxt Şərur Dərələyəzi adlanırdı – mənimsədilər. Kommunist partiyasının qərarı ilə həmin torpaqlar Ermənistana verildi. Dərələyəzdən Azərbaycanın indiki torpaqlarına qədər o əraziləri mübahisəli torpaqlar kimi elan elədilər”.

Professorun sözlərinə görə, bu mübahisəli torpaqları ələ keçirmək üçün Ermənistan Moskvanın dəstəyindən istifadə edirdi:

 

“Yəni ondan sonra Zəngəzur bölgəsi, Göyçə mahalı da Ermənistanın tərkibinə keçdi və onun 28.8 min kv km oldu. Amma Zəngəzur bütövlükdə verilmədi, 6 000 verstdən artıq hissə Azərbaycanda qaldı. 3 000 verstdən bir az artıq ərazi isə Ermənistanın tərkibinə keçdi. Beləliklə, Zəngəzur iki hissəyə bölündü. Azərbaycanda qalan hissəsi Şərqi, digər hissəsi Qərbi Zəngəzur adlandı. Bütöv bir bölgə – Gorus, Meğri və Sisyan bölgələri bir müddət bütövlükdə qəza şəklində idarə olundu. Sonra ayrı-ayrı rayonlara bölündü, ermənilər bu əraziləri mənimsəmiş oldular.

Zəngəzurun Vedibasar, Dərələyəz bölgəsi rəsmən Ermənistana birləşdirilsə də, Zəngəzurun digər bölgəsi qeyri-rəsmi şəkildə Ermənistana verildi. Maraqlı budur ki, ulu öndərimiz Heydər Əliyev o vaxt çıxışında ərazilərin ermənilər tərəfindən qeyri-qanuni mənimsənilməsi haqqında fikir səsləndirmişdi”.

Professor bildirib ki, rusiyalı hərbi ekspert Aleksandr Artamonovun Zəngəzurda Azərbaycanın 6 kəndinin işğalda olduğuna dair söylədiyi fikir təsadüfi deyil: “Bu xəritələr onların əlinin altında var. Çünki XX əsrdən əvvəl və sonrakı dövrlərdə ən dəqiq xəritələr Rusiya tərəfindən çəkilib. Ən etibarlı, mötəbər xəritələr də hərbi xəritələrdir. Bu məsələninin ortaya atılması da təsadüfi deyil. Nüvədi kəndindən danışılır, onun ətrafındakı kəndlərdən isə danışılmır.

Həmin ərazidfə altı kənd, Nüvədi qədər olmasa da, nisbətən böyük kəndlərimiz var idi. Bu kəndlərin əhalisinin yarıdan çoxu azərbaycanlılar idi. Tək-tək kəndlər vardı ki, orada ermənilər kompakt şəkildə yaşayırdı. Yerdə qalanların kəndlərin hamısında yaşayan azərbaycanlılar idi. Kəndlərin azərbaycanlılara məxsus olub və qeyri-qanuni şəkildə Ermənistana birləşdirilib.

Ulu öndərimiz Heydər Əliyev universitetdə oxuyanda ona dərs demiş müəllim 1960-cı illərdə sonradan yaşlı vaxtında bizə dərs deyib. Heydər Əliyevin həmin ərazi məsələlərinə maraqlarını gizlətmədən bizə danışırdı. Ulu öndərimiz bu məsələni yaxşı bilirdi, Azərbaycana qarşı nə qədər haqsızlıqlar edildiyi ona məlum idi. Ona görə 1990-cı ilin axırlarında söhbət zamanı deyib ki, bu ərazilər ermənilər tərəfindən sonradan qəsb olunub. Yəni hüquqi şəkildə deyil, Azərbaycan dövlətinin iradəsi olmadan qeyri-qanuni şəkildə, sənəd-sünədiz Ermənistana birləşdirilib”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password