Azərbaycanda dərmanların aptekdə olub-olmamasını müəyyən etmək MÜMKÜN OLACAQ

 

Dərman vasitələrinin istehsal və idxalından son istehlakçıya çatdırılmasına qədər olan bütün mərhələlərin real vaxt rejimində izlənilməsini həyata keçirmək üçün “Dərman Vasitələrinin Təqib və İzləmə Sistemi”nin 2024-cü il yanvarın 1-dən etibarən mərhələli şəkildə tətbiqi nəzərdə tutulub.

Xezerxeber.az-ın məlumatına görə, Səhiyyə nazirliyinin analitik ekspertiza mərkəzinin şöbə müdiri Səid Fərzullayev bildirib ki, bu sistem istehsal və idxal olunan markalanmalı malların dövriyyəsinə, topdan və pərakəndə satışına nəzarəti həyata keçirən və bununla bağlı məlumatları qeydə alan informasiya ehtiyatı olacaq.

Dərman vasitələrin qablaşdırılması üzərində olan QR kodla izlənilməsi vətəndaşlarin işlərini asanlaşdıracaq.

İlkin mərhələdə psixotrop və güclü təsir edən dərman vasitələrinin, gələn il iyunun 1-dən isə digər dərman vasitələrinin bütün yerli istehsalçı və topdansatış əczaçılıq müəssisələrinin anbarlarında, eləcə də tibb müəssisələrində və apteklərdə real vaxt rejimində izlənilməsinə başlanacaq. məqsəd dərman vasitələrinin təhlükəsizliyini təmin etməklə yanaşı qaçaqmalçılığın qarşısını almaqdır.

Ətraflı süjetdə:

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password