Erməni analitik: Ermənistan – Türkiyə və Azərbaycan arasındakı paz…

 

Ermənistan-Rusiya münasibətlərində istər bugünkü kimi gərgin, istərsə də dostluq münasibətləri dövründə, əsas problemlərdən biri Ermənistandadır, beynimizdə və ürəyimizdədir.

Bunu erməni analitik və jurnalist Tatul Akopyan Feysbuk səhifəsində yazıb.

“Ermənistanın kollektiv siyasi fikri Rusiyanı daimi dost kimi qəbul edir. Rusiya öz maraqlarına əsaslanaraq Türkiyə ilə əməkdaşlıq edəndə və Azərbaycanı dəstəklədikdə biz çox məyus oluruq. İttihamlar başlayır: Rusiya bizə xəyanət etdi, Rusiya Türkiyə və Azərbaycanla çirkin sövdələşmə etdi, Rusiya bizim düşmənimizdir! Bəs kim dedi ki, Rusiya bizim əbədi dostumuzdur? Harada yazılıb ki, Rusiya gəlib bizi xilas edəcək? Niyə özümüzü inandırdıq ki, Ermənistan Rusiya üçün Türkiyə ilə Azərbaycan arasında paz kimi dəyərlidir və ruslar hər dəfə bu pazı sığallayacaqlar? İndi daxili müxalifət istisna olmaqla, hamıya aydındır ki, dəhliz məsələsində ən çox maraqlanan Rusiyadır. Rusiyanı olduğu kimi başa düşmək və qəbul etmək lazımdır. Amma düşmənçilik etməyə də ehtiyac yoxdur, bu, Ermənistana yeni zərbələr almaqdan başqa heç nə vermir”, – o bildirib./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password