Zəngəzura ordu göndərilir: Bölgə ilə bağlı yeni ssenari… – Hədəf açıqlandı

 

Avrasiyanın orta xəttində Zəngəzur dəhlizi olduqca vacibdir. Hazırda Qərb, Rusiya, Türkiyə, İran, Böyük Britaniya, ABŞ və Çin bölgədəki prosesləri yaxından izləyir. Xəzər dənizi, Qafqaz və Qara dəniz regionunda Rusiya və İranın 200 illik mövqeyi zəifləyir. Bunun əvəzinə digər beynəlxalq aktorlar bu fürsətdən yararlanmaq istəyir.

Bunu açıqlamasında “Bakı” politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.

O qeyd edib ki, Fransa və Almaniyanın ümumilikdə Qərbin bu hadisələr fonunda xüsusi missiya ilə Ermənistana gəlişi müşahidə edildi:

“Hazırda bu missiyanın say tərkibinin artırılması ilə bağlı məsələ gündəmdədir. Ermənistan Qərblə birlikdə Rusiyanı Zəngəzurdan çıxarmaq üçün əllərindən gələni edir”.

Politoloq hesab edir ki, üçtərəfli razılaşmada “10 noyabr 2020-ci il” göstərilməsinə baxmayaraq, Ermənistan Rusiya ilə Zəngəzur dəhlizinin açılmasına getmək niyyətində deyil:

“İrəvan bunu suverenliyinə təhdid kimi qəbul edir. Dəhlizə Ermənistanın nəzarət mexanizmlərinin yerləşdirilməsi önə çəkilir. Buradakı problem Ermənistanın Qərb və Rusiya arasında qalması ilə bağlıdır”.

Zaur Məmmədova görə, Qərb fürsətdən istifadə edərək Rusiyanın bölgədən çıxarılmasına çalışır:

“Gorusda, Qafanda ayrı-ayrı ölkələrin ardıcıl olaraq konsulluqlar açması da birmənalıdır. Fakt odur ki, bura həmin ölkələrinin vətəndaşlarının yaşamadığı ərazidir. Ermənilər belə burada çox az sayda məskunlaşıb. Belə olan halda bu ərazidə konsulluq açmaqla bağlı atılan addımlar açıq suallar yaradır. Fransanın da bu məsələdə canfəşanlığı Ermənistanla hərbi-texniki sahədə əməkdaşlığı gələcəkdə bölgəyə hərbi kontingentin göndərilməsinə hesablanıb”.

Ekspertin fikrincə, Qərbin tez-tələsik Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalaması ilə bağlı çağırışları hiylədir:

“Qərb Azərbaycanla Ermənistana istənilən sülh mətnini qəbul etdirib, bunun ardınca Zəngəzuru hərbiləşdirilmiş zonaya çevirmək niyyətindədir. Kommunikasiya xəttlərinə nəzarətin ələ alınması da onların hədəfindədir. Amma bütün bunlara baxmayaraq Azərbaycan istəmədən Cənubi Qafqazda heç bir proses həllini tapmaycaq. Azərbaycanın əsəs hədəfi presesin regional müstəvidə həllini nail olmaqdır”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password