HƏMAS-ı məhv etmək asan deyil, illər lazımdır – MOSSAD

 

HƏMAS qruplaşmasının məhv edilməsi üçün İsrailə bir neçə il lazımdır.

Bunu MOSSAD-ın keçmiş rəhbəri Zoar Palti deyib.

“İsrail HƏMAS-a qarşı müharibəyə vaxt məhdudiyyəti qoymayacaq, çünki o, 7 oktyabrdakı kimi hücumların bir daha təkrarlanmayacağına dair təminat istəyir. İkinci İntifada üç-dörd il davam etdi. Bənzər bir şeyin indi baş verməsinə hazır olmalıyıq”, – o bildirib.

Paltinin sözlərinə görə, İsrail ordusunun Qəzza zolağındakı hazırkı əməliyyatı ilk deyil və sonuncu da olmayacaq:

“Hava hücumları və quru basqınları daha böyük əməliyyatla izləniləcək, lakin bu belə müharibəni bitirməyəcək”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password