Gələn il üçün minimum əməkhaqqı və pensiya məbləği məlum oldu – Ünvanlı sosial yardımın məbləği də müəyyən edildi

 

Azərbaycanda gələn il də minimum əməkhaqqı 345 manat olacaq.

Bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Xatırladaq ki, bu il ölkədə minimum əməkhaqqı 345 manatdır.

Rəydə həmçinin qeyd olunub ki, gələn il minimum pensiya 280 manat olacaq.

Qeyd edilib ki, ancaq bu il 280 manat minimum pensiya alanlar 2024-cü il yanvarın 1-dən indeksasiya ilə 280 manatdan çox pensiya alacaqlar.

Xatırladaq ki, bu il də minimum pensiya məbləği 280 manatdır.

Azərbaycanda 2024-cü ildə ünvanlı sosial yardımın məbləği  İisə 270 manat olacaq.

Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyinə əsasən, bu, 2023-cü illə müqayisədə 24 manat və yaxud 9,8 % çoxdur.

Ünvanlı sosial yardıma paralel olaraq ehtiyac meyarı da eyni məbləğdə artırılaraq 270 manata çatdırılır.

Hesablama Palatasının rəyində bildirilib ki, gələn il Azərbaycanda orta aylıq pensiya artırılır.

Qeyd edilib ki, cari ilin birinci yarısında orta aylıq pensiya məbləğinin 16,9% artıma sahib olması, habelə ilin sonuna ölkə üzrə orta aylıq əməkhaqqının artım tempinin 10,7% hədində proqnozlaşdırılması növbəti ilin əvvəlində orta aylıq pensiya məbləğinin 435 manat hədd ətrafında olacağını göstərir.

Xatırladaq ki, 2023-cü ildə ölkə üzrə orta aylıq pensiya 372,1 manatdır..

Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi isə 270 manat götürüləcək.

Bu, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.

Başqa sözlə, yaşayış minimumu və ehtiyac meyarı 2023-cü illə müqayisədə 9,7 faiz artırılaraq 246 manatdan 270 manata qaldırılır.

Qeyd edək ki, 2023-cü ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat olub. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşib.

Gələn il Azərbaycanda orta aylıq əməkhaqqı göstəricisi 980 manat olacaq.

Bu isə  “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, 2023-cü ildə orta aylıq əməkhaqqı göstəricisinin 930 manat təşkil etməsi gözlənilir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password