Moskvadan dəhliz açıqlaması – “Bakı və Tehran anlaşıb, İrəvan isə…”
“Ermənistanın indiyədək Zəngəzur dəhlizi ilə bağlı yekun mövqeyi yoxdur”.
Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan və İran arasında Ermənistandan yan keçməklə İran ərazisindən keçən dəmir yolunun tikintisi layihəsini şərh edərkən deyib.
“Şimal-Cənub” layihəsinə gəlincə, burada qarşılıqlı əlaqə tamamilə normaldır. Bundan əlavə, bilirsiniz ki, Azərbaycan və İran faktiki olaraq Ermənistandan yan keçməklə Araz çayının cənub sahili ilə keçəcək avtomobil yolunun tikintisinə başlayıb və İran ərazisindən keçən dəmir yolunun tikintisinə dair memorandum imzalayıblar”, – Rusiya rəsmisi bildirib.
Overçukun sözlərinə görə, bu xətlər Ermənistandan yan keçəcək.