Türkiyə və Rusiyanın Yaxın Şərq mövqeyi… – Kreml

 

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın növbəti telefon danışığında Yaxın Şərqdəki kəskin böhranlı vəziyyətin müzakirəsi davam etdirilib.

Bu barədə Kremlin mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, söhbət zamanı mülki əhali arasında itkilərin sayının artması və Qəzza zolağında humanitar vəziyyətin fəlakətli şəkildə pisləşməsi ilə bağlı dərin narahatlıq ifadə olunub, yaşayış məntəqələrinə, dini və sosial obyektlərə zərbələr endirilməsinin yolverilməzliyi vurğulanıb:

“Rusiya tərəfinin BMT Təhlükəsizlik Şurası vasitəsilə həyata keçirdiyi fəal səylər, eləcə də Türkiyənin qan tökülməsinin dayandırılması və humanitar yardımın ehtiyacı olanlara maneəsiz çatdırılması istiqamətində atdığı müvafiq siyasi və diplomatik addımlar nəzərdən keçirilib.

Rusiya və Türkiyənin mövqelərinin praktiki olaraq üst-üstə düşdüyü və müstəqil Fələstinin yaradılmasını nəzərdə tutan məşhur iki dövlət formulunun həyata keçirilməsinə yönəldiyi vurğulanıb”.

Bundan başqa, Rusiya ilə Türkiyə arasında qarşılıqlı əməkdaşlıq məsələlərinə də toxunulub.

“Vladimir Putin Rəcəb Tayyib Ərdoğanı qarşıdan gələn Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təbrik edib, bütün vətəndaşlarına rifah və firavanlıq arzulayıb”, – Kremlin bəyanatında deyilir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password