Fransanın Ermənistana verdiyi GM200 nəyə qadirdir?

 

Xəbər verdiyimiz kimi, bu gün Fransa müdafiə naziri Sebastyan Lekornu ilə ermənistanlı həmkarı Suren Papikyan arasında imzalanan hərbi sazişə əsasən, Ermənistana GM200 sistemi veriləcək. Həmçinin “Mistral” yaxın mənzilli hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı da anlaşma memorandumu imzalanıb.

İstinadən hər iki qurğunun imkanlarını təqdim edir:

“Ground Master 200” (GM200) “Thales” şirkəti tərəfindən istehsal olunan orta mənzilli AESA 3D radarıdır.

GM200 hava nəzarəti boşluqlarını dolduran və ya hava hücumundan müdafiə sistemi üçün sensor kimi fəaliyyət göstərir. GM200 həmçinin raket, artilleriya, minaaatana qarşı xəbərdarlıq qabiliyyətinə malikdir.

Sistem 20 fut ISO sığınacağına uyğun gəlir və on tondan az çəkiyə malikdir. Buraya enerji generatoru bloku, mast və radio səs və məlumat rabitəsi dəsti olan 2 iş stansiyası üçün otaq daxildir.

GM200 avtomobil, dəmir yolu, taktiki təyyarə (C-130 tipli) və ya helikopterlə daşına bilər. GM200 15 dəqiqə ərzində qurula və uzaqdan və ya birbaşa idarə oluna bilər.

Bu radar təkmilləşdirilmiş variantları (GM200 MM/A və MM/C), eləcə də yaxın mənzilli GM60 və uzun mənzilli GM400 və onların müvafiq variantları ilə yanaşı “Ground Master” ailəsinin bir hissəsidir.

Xatırladaq ki, Fransanın Ermənistana 50 ədəd SHERPA LİGHT, VAB MK3 və ACMAT BASTİON zirehli transpartyorları, eyni zamanda “Mistral” verəcəyi haqda daha əvvəl informasiya yayılmışdı. Bu transpartyor və “Mistral”ın xüsusiyyətləri haqda bu məqalədə tanış ola bilərsiniz.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password