Şəmkirdə dini ekstremizm mövzusunda tədbir keçirilib

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Şəmkir Rgional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyi 17 oktyabr 2023-cü ildə Şəmkir rayon Heydər Əliyev Mərkəzində “Radikal dini cərəyanların və ekstremizmin durdurulmasında mübarizə tədbirlərinin təşkili” mövzusunda məlumatlandırma sessiyaları təşkil edilmişdir.

Radikal qruplara qarşı mübarizə bütün İslam dünyasının vəzifələrindən biridir. Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəliyi İli” elan etməsi məhz radikal qrupların bu əməllərinə qarşı İslam dünyasında ideoloji baxımdan birləşməni də özündə ehtiva edir. Yəni hər bir azərbaycanlı əsl islami dəyərləri gözdən salmağa cəhd edənlərə qarşı
dayanmalı, onların qarşısını almalıyıq. Hesab edirik ki, Azərbaycanda yaşayan islam dininə etiqad edən hər bir azərbaycanlı bir araya gəlməli və İslamı gözdən salmağa çalışan qrupları ideoloji cəhətdən ifşa etməlidirlər. Biz görürük ki, radikal qrupların irəli sürdüyü tezislər nə Qurani-Kərimə, nə də Peyğəmbərin hədislərinə söykənmir. Onlar İslamı təhrif edir və dindən öz məqsədləri üçün istifadə etməyə calışırlar.Bu baxımdan regionlarda da maarifləndirmə tədbirlərinin keçirilməsini zəruri hesab edir, fəaliyyətimizi genişləndirir, Azərbaycanı İslam həmrəliyinin nümunəsi kimi dünyaya tanıtdırmalı, həm də bu nümunəni bütün İslam dünyasında yaymağa çalışmalıyıq.
Radikal və ekstremist qruplara qarşı mübarizə İslam dünyasının özünün qarşısında duran vəzifələrdən biridir. Əlbəttə, bunu yalnız “İslam radikalizmi və ekstremizmi” adı ilə təqdim etmək də doğru deyil. Bu radikalizmdir. Ekstremizm və radikalizmin qarşısına İslam ifadəsini qoymaq doğru olmazdı. Ekstremizm və radikalizmin özü terrorizmə bərabər bir məfhumdur. Terrorun milliyəti, vətəni, dini olmadığı kimi, ekstremizm və radikalizmi də hər
hansı bir dinə bağlamaq doğru deyil.
Azərbaycanda dini radikal ekstremist qruplara qarşı mübarizə öz müsbət nəticələrini verib. Ölkımizdə dini radikal qrupların təsiri altında olan məscidimiz yoxdur. Bütün məscidlərimiz bu gün islami dəyərlərimizə və mövcud qanunvericiliyin tələblərinə əməl edən məscidlərdir.
Sessiyada əsas məqsəd o idi ki, necə etmək lazımdır ki, insanlar arasında bizim milli-mənəvi, dini dəyərlərimiz, əxlaqi qaydalarımız dünyanı öz ağuşuna almış bu qloballaşma prosesini daha da zənginləşdirsin, ona bir növ öz töhfəsini versin. Azərbaycan cəmiyyətinin birliyinin, sabitliyinin inkişaf etdirilməsinə, onun dini-mədəni potensialının qorunması və möhkəmlənməsinə dəstək vermək, radikal dini cərəyanlara qarşı mübarizə aparmaq üçün insanları marifləndirmək layihənin əsas məqsədidir.
Dini radikalizm və ekstremizmlə mübarizə üçün maarifləndirici, preventiv (qabaqlayıcı), proflaktik metodlardan istifadə etmək üçün iştirakçılara geniş məlumatlar verildi.
Milli-dini dəyərlərin təbliğini gücləndirmək dini etiqad azadlığı mövzusunda sessiyalar zamanı geniş müzakirələr təşkil edildi. İnsanların, daha çıx məktəblərdə yuxarı sinif şagirdlərinin və gənclərin psixoloji problemlərdən uzaqlaşdırılması üçün təbliğat vasitələrindən istifadə edilmısi mövzusunda matlandırma həyata keçirildi
Məlumatlandırma sessiyalarının əsas məqsədlərindən biri də dövlət-din münasibətlərinin rolunun gücləndirilməsində, dini radikalizm və ekstremizmin durdurulmasında ziyalıların, ictimayyətin, gəncələrin, yeniyetmələrin və yerli QHT-lərin imkanlarının səfərbər edilməsinə nail olmaqdır.
Xarici qüvvələrin maliyyəsi ilə ölkədə fəaliyyət göstərən dini sektalara qarşı mübarizə mövzusunda təbliğat işləri aparması haqqında tədbir iştirakıçları geniş məlumatlamdırıldı.
Məlumatlandırma sessiyaları təlimçi, Qərb Xəbər radiosunun təsisşiçi və baş redaktoru, Məhərrəm Göyüşoğlu tərəfindən həyata keçirilmişdir.

 

Aktualinfo.orq

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password