Orxan Məmmədov: “Azərbaycanın tikinti sektorunda 15 minə yaxın KOB subyekti fəaliyyət göstərir”

 

Azərbaycanda yeni KOB meyarlarının tətbiq edildiyi 2018-ci ildən ötən dövr ərzində tikinti sektorunda fəaliyyət göstərən KOB subyektlərinin sayında artım müşahidə edilir və bu sahədə 15 minə yaxın KOB subyekti fəaliyyət göstərir.

Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Xəzər İnşaat Həftəsi çərçivəsində Türkiyənin Xarici İqtisadi Əlaqələr Komitəsinin (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurası tərəfindən “Müasir inşaat texnologiyaları sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığı” mövzusunda keçirilən seminarda deyib.

O bildirib ki, tikinti sektorunun ölkələr arasında biznes təşəbbüslərinin genişləndirilməsi baxımından böyük potensialı var.

“Azərbaycanda yeni texnologiyalar əsasında işləyən sement zavodları, metal konstruksiyalar, müasir tikinti materialları istehsal edən müəssisələr mövcuddur. Ölkəmiz bir sıra tikinti materiallarının istehsalı üçün xammal ehtiyatları ilə də zəngindir. Bu, müvafiq sektorda ixtisaslaşan KOB subyektlərinin bilik, bacarıq və təcrübələrinin kifayət qədər formalaşdığını göstərir”.

O.Məmmədov qeyd edib ki, Azərbaycan və Türkiyə arasında tikinti sektorunda əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var: “Bu imkanların reallaşdırılmasına KOBİA da dəstək göstərməyə hazırdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password