Azərbaycanın qərb regionunda dini radikalizm və ekstremizmə qarşı mübarizə tədbiri keçirilib
Ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsi məqsədilə müxtəlif silsilə tədbirlər keçirilir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyi 11 oktyabr 2023-cü ildə
Şəmkir rayonunun Zəyəm qəsəbəsində “Radikal dini cərəyanların və ekstremizmin durdurulmasında mübarizə tədbirlərinin təşkili” mövzusunda məlumatlandırma sessiyaları təşkil edilmişdir.
Tədbirdə dini maarifləndirmə ilə bağlı dövlət siyasətindən, radikalizmi yaradan səbəblərdən və onların aradan qaldırılması istiqamətində aparılan bu cür tədbirlərin əhəmiyyətindən danışılmışdır. Xalqımızın zəngin tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən olduğu haqqlnda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən zəruri tədbirlərin həyata keçirilməsini xüsusi vurğulanmışdır.
Qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm bütün cəmiyyət üçün bir bəla olduğu kimi, cəmiyyətin bir parçası olan gənclər üçün də çox təhlükəlidir. Dini radikalizmə qarşı mübarizədə maarifləndirmənin gücləndirliməsi, dinimizin düzgün şəkildə insanlara aşılanması radikalizmin qarşısını alan ən güclü vasitədir. Ona görə də keçirilən bu cür maarifləndirici tədbirlər çox aktual və önəmlidir.
Azərbaycan cəmiyyətinin birliyinin, sabitliyinin inkişaf etdirilməsinə, onun dini-mədəni potensialının qorunması və möhkəmlənməsinə dəstək vermək, raikal dini cərəyanlara qarşı mübarizə aparmaq üçün insanları marifləndirmək layihənin əsas məqsədidir.
Dini radikalizm və ekstremizmlə mübarizə üçün maarifləndirici, preventiv (qabaqlayıcı), proflaktik metodlardan istifadə etmək üçün iştirakçılara geniş məlumatlar verildi. Xarici qüvvələrin maliyyəsi ilə ölkədə fəaliyyət göstərən dini sektalara qarşı mübarizə mövzusunda təbliğat işləri aparması haqqında tədbir iştirakıçları geniş məlumatlamdırıldı.
Maarifləndirmə sseyaları zamanı onu da müəyyən edirik ki, əhalinin dini radikalizm və ekstremizmə qarşı mübarizənin gücləndirilməsi üçün ardıcıl təkmilləşdirmələr də həyata keçirilməlidir.
Hesab edirik ki, layihə çərçivəsində dini radikalizm və ekstremizmə qarşı mübarizənin və eyni zamanda müxtəlif üsul və vasitələrdən istifadə etməklə, Şəmkir rayonunda vətəndaşların dini radikalizm və ekstremizmə qarşı mübarizənin gücləndirilməsinə dəstək oluna bilər.
Layihənin rəhbəri Fuad Bədəlov və təlimçisi Məhərrəm Göyüşoğlu Azərbaycanda tolerantlığın inkişafı, multikultural həyat tərzi, dinlər və məzhəblərarası münasibətlərin yüksək dostluq şəraitində inkişafına göstərilən diqqətdən geniş danışıblar.
Aktualinfo.org