Kürdəmirdə Yanğından Mühafizə Xidmətinin rəisi kimlərə arxalanıb dövlət əmlakını talan edir?

Kürdəmir rayon Qarasu kənd sakini Quliyev Taqət Sakit oğlu tərəfindən Aktualinfo.org-un elektron poçtuna şikayət məktubu ünvanlanıb.
Şikayətçi yazır:
Mən Kürdəmir Dövlət Yanğından Mühafizə Xidmətində dispetçir vəzifəsində işləyirəm.İşimdə heç vaxt nöqsana yol verməmişəm. Ancaq Kürdəmir Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Fateh Ağayev vəzifəsindən sui-istifadə edərək korrupsiya əməlləri ilə məşğul olur ki, buna görə çox narahatam.
Kürdəmir Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Fateh Ağayevin qardaşı Səbuhi Ağayev Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyir, əmisi qızı Əminə Ağazadə isə Milli Məclisin deputatıdır.
Kürdəmir Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Fateh Ağayev işlədiyi müddətdə dövlətin ayırdığı vəsaiti talan etməsi barədə çoxlusayda subutlar olsada indiyə qədər onun barəsində heç bir tədbir görülməyib.
Kürdəmir Dövlət Yanğından Mühafizə Xidmətinə məxsus iki avtomaşını qanunsuz olaraq sökülərək  detallarını satdırıb.Yanğın söndüən avtomobilin üzərindəki böyük nərdivanı başqa şəxsə satmışdr.Bunu isə onunla əsaslandırır ki, nərdivanı satıb idarənin mətbəxinə mebel almışam. Ancaq mətbəxin təmiri və mebellə təmin edilməsi üçün işçilərdən pul yığılıb.
Dövlət tərəfindən ayrılan yanacaqlar satdırılır, öz şəxsi avtomobillərində istifadə edilir. İdarəyə gələn bütün təminatlar pulla satılır.
Kürdəmir Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Fateh Ağayevin korrupsiya əməlləri barədə etdiyim şikayətlərdən sonra mənə qarşı qərəzçilik aparır. Hətda bu ədəbsiz rəis Fateh Ağayev məni təhqir edib deyir ki, mənim mayor rütbəm sənin filan yerindən böyükdür.
10 ildən çox müddətdir ki, Fateh Ağayev Kürdəmir Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi vəzifəsində işləyir.Bu müddət ərzində o dövlətin ayırdığı vəsaiti talan edib idarədə nizam- intizam pozuntusuna yol verib. Buna görə zərurət var ki, Kürdəmir Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Fateh Ağayevin fəaliyyəti tam, hərtərəfli və obyektiv araşdırılıb qanunu tədbirlər görülsün.
5cb39802-1763-4454-bdb8-2102d950adfb.jpg
6d0a9fd5-2bc8-49f8-b074-e3ee46e05c48.jpg
6df29981-2892-4d06-ade8-8ff308e1da30.jpg
9c709e93-6112-4ad8-a6f3-4842fb4f5702.jpg
0540c423-33e5-4317-9134-b5cf94cf36a3.jpg
ead45f59-0afd-449f-b705-fc6fab4ad722.jpg
467680d9-9701-4abd-bc67-9273ef2430aa.jpg
Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password