Xəstəxananın vurulması ilə bağlı gerçəklər üzə çıxır: Nə israil, nə HƏMAS – bu ölkə…
İsrail-Fələstin münaqişəsi yenidən alovlansa da, bir neçə gündür mövzu adiləşmişdi. Ötən gün xəstəxanaya edilən mülki şəxslərin hədəf alındığı hücum nəticəsində yenə bütün diqqətlər Qəzza zolağına yönəldi. Hadisə dünya miqyasında mülki şəxslərə hücum kimi nəzərə alınaraq sərt şəkildə qınanıldı. İsrail isə səsyazısı yayaraq hücumun onlar tərəfindən edilmədiyini isbatlamağa çalışdı. Mövcud vəziyyətdə ortaya belə bir sual çıxır. Əh-əhli xəstəxanasını kim vurur?
Məsələ barədə fikir bildirən politoloq Asif Nərminalı düşünür ki, bu sualın cavabını tapmaq üçün nəticədən kimin qazandığına baxmaq lazımdır:
“Qəzzada xəstəxanaya hansı tərəfin – İsrailin, yoxsa Həmasın zərbə endirməsi beynəlxalq gündəmdə əsas müzakirə mövzularından biridir. Qəzzaya əməliyyat keçirən tərəf İsrail olduğu üçün ilk diqqət onun üzərinə yönəlir, keçmiş təcrübə də belə düşünməyə əsas verir. Lakin Təl-Əviv bu ittihamı qəbul etmir.
Belə müəmmalı hadisələrdə bir məqam əsas ip ucu olur: nəticədən kim qazandı?
İsrailin əməliyyata başlayanda beynəlxalq ictimai rəydə qazandığı “haqlı” mövqeyi zəiflədi, o cümlədən, ilk hücuma keçəndə Həmas haqda yarana mənfi rəy azaldı. Hadisədə müharibənin davam etməsini və müsəlman dünyasının İsrailə qarşı birləşməsini, eləcə də ərəb ölkələrinin İsraillə normallaşan, döyüşlər başlayandan sonra isə çıxılmaz vəziyyətə düşmüş münasibətlərinin daha da kəskinləşməsini istəyən tərəflər də maraqlı ola bilər”, – o, fikrini yekunlaşdırıb.
Qeyd edək ki, İsrail ordusu raket zərbəsi ilə Qəzzada xəstəxana binasını vurub. Hücum nəticəsində 1000-ə yaxın insanın həlak olduğu bildirilir. Fələstin Prezidenti Mahmud Abbas İsrailin xəstəxanaya endirdiyi hava zərbələri nəticəsində ölənlər üçün üç günlük matəm elan edib. Fələstində matəm əlaməti olaraq bayraqlar endirilib.