Sıra Azərbaycandadır? – Təhlükə addım-addım GƏLİR!
Son zamanlar ölkəmizdə və dünyada zəlzələlərin sayı artıb. Fevral ayında Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra yaxın günlərdə oktyabrın 7-də Əfqanıstanda 6,3 bal gücündə güclü zəlzələ baş verib. Bildirilib ki, zəlzələnin episentri əhalisi 272 min olan Herat şəhərindən 34 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. Son məlumatlara görə, təbii fəlakətdə 2,5 min nəfər ölüb, minlərlə insan evsiz qalıb.
İsraillə Fələstin Müharibəsi başladıqdan sonra İsrailin Fələstinin bir sıra şəhərlərini raket atəşinə tutması yeraltı təkanlara ciddi təsir edə biləcəyi irəli sürülüb. Bundan əlavə Rusiya-Ukrayna müharibəsinin getdiyi bir vaxtda yenə də iki tərəf də bir birlərinə raket və artilleriya zərəbələri endirirlər.
Bəs bu hal yeraltı təkanları oyadıb dağıdıcı zəlzələlərin baş verməsinə səbəb ola bilərmi, bundan əlavə yaxın günlərdə Əfqənistanda baş verən zəlzələ addım-addım təhlükənin yaxınlaşmasından xəbər verir.
Məsələ ilə bağlı danışan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, yerüstü müharibələrin az da olsa yeraltı təkanları oyatma riski var:
“Bunun tam ciddi təsirə malik olduğunu deməzdim, amma baş verən ciddi partlayış zəlzələ ocaqlarını oyada bilər. Onun güclü təkanlar yaratmaq imkanı yoxdur, çünki hadisə yerin səthində baş verir. Yerin daxilində baş verən dalğanın maqnitudası atom bombasının da təsirindən güclü olur. Düzdür, Əfqənistan İranla sərhəddə yerləşən bir dövlətdir, amma yenə də bunun bizim üçün hər hansı bir təhlükəsinin olacağını düşünmürəm”.
Qurum rəsmisi bildirib ki, yerüstü gedən müharibələrin və atılan raketlər zəlzələ ocaqlarını tam olaraq oyatmasa da, müəyyən qədər ona zəmin yaradır. Onun sözlərinə görə, Əfqansıtanda baş verən zəlzələ bizdə də baş verəcək deyə bir şey yoxdur: “Ümumiyyətlə, nəzər salsaq, dünyanın əksər yerlərində zəlzələlərin artımı müşahidə olunur. Burda qravitasiya sahəsinin dəyişməsinin müəyyən təsiri var, sıxılma gedir, genişlənmə olur. O qədər yeraltı proseslər var ki, bunların hamısının zəlzələnin baş verməsində rolu olur”./referans.az