“Bayrağımızın Xankəndidə ucaldılması ilə tarixdə Bütöv Azərbaycan təqvimi başladı”

 

“15 oktyabr 2023-cü il tarixində Xankəndidə Azərbaycanın Dövlət Bayrağının ucaldılması ilə ölkəmizin tarixində siyasi baxımdan Bütöv Azərbaycan təqvimi başladı”.

Bunu açıqlamasında “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, politoloq Zaur İbrahimli deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını ucaltmaqla 8 noyabr, 19 sentyabr və nəhayət, 15 oktyabr zəfərləri ilə yeni siyasi mərhələnin əsasını qoydu: “Azərbaycan işğal, məğlubiyyət tarixinin səhifəsini çevirdi. İlham Əliyevin siyasi uzaqgörənliyi, böyük strateq kimi məharəti, sərkərdə kimi qətiyyəti, bacarığı ilə Azərbaycan yüz illik bu qeyri-bərabər savaşda ən böyük və qəti qələbəsini qazandı. Prezident İlham Əliyev o nadir şəxsiyyətlərdəndir ki, strateji dühası ilə tarixi yenidən yazmağa, başqalarının Azərbaycan üçün yazdığı tarixi pozmağa müvəffəq oldu. Dövlət başçısı kimi son iyirmi ildə Azərbaycanı getdikcə güclənməkdə olan geosiyasi burulğanlardan qoruyaraq, dövləti gücləndirərək daxili sabitliyi, milli həmrəyliyi, müdafiə potensilını möhkəmləndirərək ölkəmizi xarici müdaxilələrdən qorudu. İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin nailiyyətlərini inkişaf etdirərək Azərbaycanın dinamik inkişaf edən ölkə səviyyəsinə çatmasına və milli hədəflər uğrunda birləşməyi bacaran cəmiyyətin formalaşmasına nail oldu”.

“Prezident İlham Əliyev bir daha sübut etdi ki, nəyi necə və nə zaman etməyi bilən, dünyanın mürəkkəb geosiyasi oyunlarında uğurlu gerçək qrossmeysterdir və şəxsi keyfiyyətləri, lider kimi potensialı ilə qlobal arenada güclü rəqibdir. Məhz bu strateji uzaqgörənlik və məharət ölkəmizi qələbədən-qələbəyə apardı. 15 oktyabrda Xankəndidə Azərbaycan bayrağının ucaldılması Prezident İlham Əliyev tərəfindən verilmiş bir ustad dərsi oldu”, – Z.İbrahimli vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password