Heydər Əliyev kursunun layiqli davamçısı
“Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intelektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı vəxalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” – deyən Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına tarixi müraciətindən sonra ölkəmizin dünya xəritəsindən adının pozulmasının qarşısını alan, xaosvə ziddiyyətli, fəlakətə aparan yoldan işıqlı gələcəyə aparan Heydər Əliyevi sevən xalqımız 2003-cü il oktyabr ayının 15-də keçirilən Prezident seçkisində fəal iştirak edərək öz səslərini İlham Əliyevə vermişlər. İlham Əliyev 76 faizdən çox səs toplayaraq ölkəmizə Prezident seçilmişdir. Bundan sonra Ulu Öndərin siyasi kursunu davam etdirən İlham Əliyev Respublikamızı işıqlı gələcəyə aparmağa başladı.
Bu gün tam əminliklə deyə bilərik ki, Cənab İlham Əliyev Prezidentlik fəaliyyətinin ilk günündən “əsl siyasət konkret, real iş görməkdən ibarətdir,” – tezisini irəli sürərək, ötən müddətdə ona bəslənilən ümidləri doğruldub, cəmiyyətin bütün arzularını gerçəkləşdirməyə çalışmaqla, xalqın maraq və mənafelərinə cavab verən çevik, qətiyyətli qərarlar qəbul edib. Mühüm uğurlara imza ataraq özünü ciddi siyasətçi kimi təsdiqləyib. Beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilib. Bir sözlə ötən 20 il ərzində Cənab İlham Əliyev siyasi, sosial-iqtisadi sahələrdə böyük uğurlara imza atmaqla Ulu Öndərin siyasi varisi onun güclü dövlətçilik, Azərbaycançılıq ideologiyasının layiqli daşıyıcısı olduğunu təsdiqlədi. Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın sədrliyinin 2023-cü ilin sonuna qədər uzadılması, hərəkata uğurlu şəkildə sədrlik etmənin təsdiqi və yüksək qiymətləndirilməsi onun əməyinin nəticəsidir. Bu 20 ildə Prezident İlham Əliyev qüdrətli Azərbaycan yaratdı. Belə də olmalı idi, çünki hörmətli Prezidentimiz Heydər Əliyev kursunun davamçısıdır.
2003-cü ildə xalqın dəstəyi ilə Prezident seçiləndə Konstitusiyamıza və Qurani-Kərimə and içərək dövlət müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına söz verən Prezidentimiz İlham Əliyev, Qarabağ fatehi bizlərə “Zəfər” sevinci yaşadaraq dünya Azərbaycanlılarının və Türk dünyasının ürəyində özünə əbədi yer tutdu. 44 günlük müharibədən sonra Müzəffər Ordusu ilə keçirdiyi antiterror əməliyyatı zamanı xalqımızın fədakarlıına, gücünə inanmayan ermənilərə 23 saat 43 dəqiqəyə həyatı başa saldığı üçün tarix yaradan, tarix yazan lider oldu.
Artıq 20 ildir xalqımız Ulu Öndər Heydər Əliyevin özü qədər inandığı İlham Əliyevə inanaraq onun ətrafında sıx birləşmişdir.
Sultanəli Qurbanov
Səbail rayonu YAP –“Ü.Hacıbəyli – 68” ƏPT sədri , ADPU-nun dosenti.