M.Ə.Rəsulzadə bələdiyyəsində yazıçı, yurnalist Sərdar Ünsalla görüş keçirilib

 

Türkiyənin İğdır şəhərində yaşayan, yazıçı, yurnalist, müəllim, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri, igdirim76.com saytının rəhbəri, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Fedrasiyası Başqan müavini, əslən Qərbi Azərbaycandan olan Sərdar bəy respublikamıza qonaq gəlmişdir və M.Ə.Rəsulzadə bələdiyyəsində onunla maraqlı görüş keçirildi. Tədbirdə “İrəvan komitəsi” İB İdarə heyətinin sədri Tofiq Həsənov, şair, YB-nin üzvü, şəhid atası Nizami Elyanar, AMEA-nın şöbə müdiri Tanrıverdi Paşa, həkim Səməd Axundov, müəllim Vəli Vəliyev, araşdırmaçı, hüquqşünas, maliyyəçi Vüqar Abduyev, şair Vaqif Kərim, maliyyəçi Mahirə Qurbanova, “İdeal print” MMC-nin icraçı direktoru Gülnarə Məmmədova, gənclərdən Nurlan Hacıyev və Mehman Hüseynov iştirak edirdilər.

Tədbiri bələdiyyənin sədri Hümbət müəllim Hüseynov açaraq qonaları salamladı. Qısaca olaraq bələdiyyə haqqında qonaqlara məlumat verdi və bildirdi ki, bu gün ən çox Qərbi Azərbaycandan qovulan soydaşlarımız M.Ə.Rəsulzadə bələdiyyəsinin ərazisində yaşayır. Hümbəbət müəllim Sərdar bəyin yaradıcılığı haqqında qısa məlumat verdi. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda Sərdar bəyin və sahib olduğu KİV-lərin köməyinin rolundan danışdı. Onun Qərbi Azərbaycan kökənli olması əsərlərində, yazılarında da geniş yer almışdır. Bu gün onun “Yüregim İrevanda kaldı” romanı da bu mövzudandır. Sonra Sərdar bəy Ünsal çıxış etdi. O Türkiyə və Azərbaycan qardaşlıq əlaqələrindən, Azərbaycanın qələbəsindən, hayların Qərbi Azərbaycandan vəhşicəsinə qovaraq soyqırıma uğratdığı soydaşlarmızdan danışdı. Təhsil aldığı vaxtı dərslərin birində Azərbaycan türklərinin kommunist əsarətində olmasının, tələbə yoldaşının da Doğu Türküstanda uyğurlarının əsarətdə olmasının deməsi və müəllimin onlardan polisə şikayəti nəticəsində hər ikisi 1 və 3 aylıq müddətə həbs cəzasına məhkum olunmuşdurlar. Ulu babalarının İrəvandan qovulması, hayların vəhşilikləri haqqında eşitdklərini “Yüregim İrevanda kaldı” romanında bədii obrazlarla göstərdi. O nənəsindən Azərbaycan bayatılarını, mahnılarını maraqla dinlədiyini və bunun nəticəsində “Azərbaycan şərqi və türküləri” kitabının ərsəyə gəlməsindən danışdı. XX əsrdə hayların Türklərə qarşı Anadollu və Qafqazlarda törətdikləri vəhşilikləri “Soyqırım” kitabında dünyaya çatdırır. “Yaşayanlar Gözüyle Emeni Mezalimi”, “Ürekim Hocalıda kaldı”, “Yaşayan Caferilərin gelenek görenekleri”, “Kapımızdakı Tehlike, saatlı bomba Medzamor” kitabları da oxucular arasında maraqla oxunur. Növbəti dəfə doğma yurduna gəldiyi və göstərilən qonaqpərvərliyə görə də təşəkkür etdi.

“İrəvan komitəsi” İB İdarə Heyətinin sədri Tofiq Həsənov çıxış edərək Qərbi Azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq haqları olduğundan, hayarın soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərdən, dünya ictimaiyyətinə bu vəhşiliklərin çatdırılmasından danışdı. Son illər onun AMEA Tarix İnstitutu ilə birlikdə hazırladığı 1747-ci ildə Rusiya tərəfindən çəkilmiş İrəvan xanlığının xəritəsinin 75 min nüsxədə Azərbaycan və əlavə 8 dildə bütün dünyaya yayılmasını xüsusi qeyd etdi. Bu xəritədəki bütün toponimlərin oranın qədim sakinləri Türklərə aid olduğu aydın gürünür. O qeyd etdi ki, yüzlərlə İrəvan xanlığının bayrağı da müxtəlif dillərdə hazırlanaraq paylanılmışdır. Bu gün bütün bölgələrdə şəhidlərin adlarının əbədiləşdirilməsi yönündə böyük işlər görülür və “İrəvan komitəsi” İB də minlərlə xüsusi qələm hazırlayaraq şəhid ailələrinə və bölgələrə çatdırır.

Əli Vəliyev, şair, YB-nin üzvü, şəhid atası Nizami Elyanar, AMEA-nın şöbə müdiri Tanrıverdi Paşa, həkim Səməd Axundov, araşdırmaçı, hüquqşünas, maliyyəçi Vüqar Abduyev, müəllim Vəli Vəliyev, şair Vaqif Kərim, “İdeal print” MMC-nin icraçı direktoru Gülnarə Məmmədova Sərdar bəy haqqında, onun gördüyü işlər haqqında, hayların və tərəfdararlarının soydaşlarımıza qarşı törətdikləri soyqırımdan, xalqıızın möhtəşəm qələbəsindən, Türkiyə-Azərbaycan qardaşlığından, Zəngəzur dəhlisinin açılmasından, Qərbi Azərbaycan İcması ətrafında sığ birləşərək haylara qarşı mübarizəsindən, soydaşlarımızın öz tarixi dədə-baba yurdları olan Qərbi Azərbaycana qayıdışından maraqla danışdılar.

Sərdar bəy özü ilə gətirdiyi “Yüregim İrevanda kaldı” və “Soykırım” kitablarını imzalayaraq tədbir iştirakçılarına bağışladı. Görüşə gələnlər də gətirdikləri kitabları, İrəvan xanlığının xəritəsini və bayraqlarını, qələmləri və digər hədiyyələri Sərdar bəyə təqdim etdilər. Sərdar bəy rəhbəri olduğu İğdır Azərbaycan Evi Dərnəyi adından M.Ə.Rəsulzadə bələdiyyəsinə təşəkkür etdi və bələdiyyəyə öz hədiyyəsini təqdim etdi. Tədbirin sonunda iştirakçılar xatirə şəkilləri çəkdirdilər.

Əli Vəliyev

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password