Təbii qazın qiyməti artdı
Avropada təbii qazın qiymətləri 8,8 faiz artaraq 40 avro həddini ötüb.
London ICE birjasının məlumatına görə, noyabrda qaz tədarükü üzrə müqavilələrinin dəyəri cari məzənnə nəzərə alınmaqla 41,6 avro və ya min kubmetr üçün təxminən 458 dollar səviyyəsinə çatıb.
Buna səbəb kimi Estoniyadan Finlandiyaya gedən dənizaltı boru kəmərində yanacaq sızmasının aşkarlanması ilə bağlı olub.
Qeyd edək ki, oktyabrın 8-nə keçən gecə boruda təzyiq kəskin şəkildə aşağı düşüb, bundan sonra qaz tədarükü dayanıb.
Zədələnmiş ərazinin təmirinin bir neçə ay çəkə biləcəyi qeyd olunur. Eyni zamanda, bunun profilaktik işlərin ekstremal hallar da nəzərə alınmaqla qışın sonuna qədər uzana biləcəyi istisna olunmur.
Xatırladaq ki, Baltik dənizinin dibi ilə Finlandiyaya qədər uzanan “Balticconnector”un uzunluğu təqribən 80 kilometrdir, gücü ildə 2,6 milyard kubmetrə qədərdir. Finlandiya bu marşrutla Latviyanın anbarlarından qaz alır./manset.az