İsrailin müdafiə naziri Qəzzaya hücumların artırılması barədə əmr verib
İsrailin müdafiə naziri Yoav Qalant Qəzzaya hücumların əhəmiyyətli dərəcədə artırılması barədə əmr verib.
Nazir bildirib ki, məqsəd “HƏMAS”ın bütün hədəflərinin məhv edilməsidir.
Y.Qalant əlavə edib ki, bu, ölkənin gələcəyinə təsir edən müharibədir.
Xatırladaq ki, İsrail Baş naziri Benyamin Netenyahu daha əvvəl ordunun quru əməliyyatlarına başyacağı barədə xəbərdarlıq edib.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 800 nəfər ölüb, 2 750 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.