İsrail müdafiə naziri əmr verdi – Qəzza mühasirəyə alınır
İsrail ordusu Qəzzanı tamamilə mühasirəyə alacaq.
İsrail müdafiə naziri Yoav Qallant belə bir əmr verib.
“Mən Qəzza zolağının tam mühasirəyə alınmasını əmr etmişəm. İşıq, yemək, yanacaq olmayacaq, hər şey bağlanıb”, – nazir bildirib.
Bundan əvvəl İsrail Baş naziri Benyamin Netanyahu Qəzza sakinlərini anklavı dərhal tərk etməyə çağırıb.