Avropa Liqası: “Qarabağ” İsveçdə “Hakken”ə qalib gəlib


“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda İsveçdə “Hakken”in qonağı olub.

“Ullevi” stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb – 1:0. 70-ci dəqiqədə Juninyo Olavio Yassin Benzianın ötürməsindən sonra topu qapıdan keçirib.

İlk turda Bakıda “Molde”ni 1:0 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi xallarının sayını 6-ya çatdırıb.

H qrupunun digər görüşündə Almaniyanın “Bayer 04” komandası Norveçdə “Molde”yə qalib gəlib – 2:0. Altı xala malik olan Leverkuzen klubu qolların nisbətində “Qarabağ”ı üstələyir və liderliyini davam etdirir. “Molde” və “Hakken”in isə xalı yoxdur.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password