Minsk qrupu bərpa edilir? – Zaxarovadan açıqlama

 

ATƏT-in Xarici İşlər Nazirləri Şurası Qarabağ məsələsi üzrə Minsk qrupunun taleyi ilə bağlı rəsmi qərar qəbul etmək səlahiyyətinə malikdir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

XİN sözçüsü keçmiş Minsk qrupunun 1994-cü ildə yaradıldığını, formatın həmsədrlərinin ABŞ, Rusiya və Fransa olduğunu xatırladıb.

“2022-ci il fevralın 24-də Parisin təşəbbüsü ilə, Vaşinqtonun birbaşa dəstəyi ilə fransız və amerikalı həmsədrlər özbaşına (ATƏT Xarici İşlər Nazirləri Şurasının razılığı olmadan), heç bir məsləhətləşmə aparmadan, hətta səbəblərini izah etmədən rusiyalı həmkarları ilə əlaqə saxlamaqdan imtina edib”, – Zaxarova bildirib.

Onun sözlərinə görə, ABŞ və Fransa ATƏT adından öz vəzifələrini kobud şəkildə pozaraq, öz maraqları naminə region dövlətlərinin və xalqlarının ehtiyac və istəklərini unudublar.

Zaxarova əlavə edib ki, Minsk qrupu sırf qərbli həmsədrlərin günahı ucbatından bu formatın ləğvi ilə bağlı 28 sentyabr fərmanı dərc edilməzdən xeyli əvvəl fəaliyyətini dayandırıb.

“Vaşinqton və Paris hələ də açıq demarşlarının səbəblərini bizə deməyə cəsarət etməyib”, – Zaxarova vurğulayıb.

Minsk qrupunun taleyinə gəlincə, Rusiya rəsmisi vurğulayıb ki, onu yaradan beynəlxalq struktur, yəni ATƏT Nazirlər Şurası bu məsələ ilə bağlı rəsmi qərar qəbul etmək səlahiyyətinə malikdir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password