Çempionlar Liqası: PSJ uduzub, “Milan” “Borussiya” ilə heç-heçə edib
UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura yekun vurulub.
Son olaraq 4 qrupda 8 qarşılaşma baş tutub.
Mərkəzi oyun Almaniyada gerçəkləşib. Dortmund “Borussiya”sı İtaliya təmsilçisi “Milan”la qolsuz heç-heçəyə razılaşıb. F qrupunun digər matçında “Nyukasl” İngiltərədə Fransanın PSJ komandasına qalib gəlib – 4:1.
Turnirin son qalibi, İngiltərənin “Mançester Siti” klubu Almaniyada “Leyptsiq”in qonağı olub.
UEFA Çempionlar Liqası, qrup mərhələsi
II tur
E qrupu
“Atletiko” (İspaniya) – “Feyenoord” (Niderland) 3:2
“Seltik” (Şotlandiya) – “Latsio” (İtaliya) 1:2
Xal durumu: “Atletiko”- 4, “Latsio” – 4, “Feyenoord” – 3, “Seltik” – 1.
F qrupu
“Borussiya” (Dortmund, Almaniya) – “Milan” (İtaliya) 0:0
“Nyukasl” (İngiltərə) – PSJ (Fransa) 4:1
Xal durumu: “Nyukasl” – 4, PSJ – 3, “Milan” – 2, “Borussiya” – 1.
G qrupu
“Leyptsiq” (Almaniya) – “Mançester Siti” (İngiltərə) 1:3
“Srvena Zvezda” (Serbiya) – “Yanq Boyz” (İsveçrə) 2:2
Xal durumu: “Mançester Siti” – 6, “Leyptsiq” – 3, “Srvena Zvezda” – 1, “Yanq Boyz” – 1.
H qrupu
“Antverpen” (Belçika) – “Şaxtyor” (Donetsk, Ukrayna) 2:3
“Portu” (Portuqaliya) – “Barselona” (İspaniya) 0:1
Xal durumu: “Barselona” – 6, “Portu” – 3, “Şaxtyor” – 3, “Antverpen” – 0.