Amerikalı analitiklərin fikirləri haçalandı – Qərar Azərbaycan, ya Rusiyaya qarşıdır?
İrəvanın Beynəlxalq Cinayətlər Məhkəməsinin Roma Statutunu ratifikasiya qərarı Bakıya qarşı gedişdir.
Bunu Amerika Universitetinin analitiki Kris Rudolf deyib.
Bununla belə, o, başqa motivlərin olmasını da istisna etmir.
“Dəqiq deyə bilmərəm ki, Ermənistan Rusiyaya belə bir şeyi başa salmağa çalışır, ya yox, amma Beynəlxalq Cinayətlər Məhkəməsinin bu ilin əvvəlində Vladimir Putini həbs etmək qərarını nəzərə alsaq, əsasnaməni Rusiyanın razılığı olmadan ratifikasiya etməyin mümkün olduğunu düşünmək sadəlövhlük olardı”, – ekspert bildirib.
Eyni zamanda, Kris Rudolf hesab edir ki, Rusiya və Ermənistan arasında bununla bağlı ayrıca sövdələşmənin bağlanması BCM üçün məqbul deyil:
“Əgər cinayət baş veribsə və bu, BCM-in yurisdiksiyasındadırsa və BCM-in qərarından yayınmaq üçün hansısa siyasi razılaşma əldə olunubsa, onda mən düşünmürəm ki, BCM belə bir anlaşmanı tanıyacaq”.
Tartu Universitetinin eksperti Boris Dolqinin fikrincə, Ermənistan tərəfindən BCM nizamnaməsinin ratifikasiyası tamamilə proqnozlaşdırıla bilən idi, amma Ermənistan-Rusiya münasibətləri yox, daha çox İrəvanın Azərbaycana qarşı siyasəti kontekstində. O xatırladıb ki, Ermənistanda Roma Statutunun ratifikasiyası layihəsi hələ 1998-ci ildə – Putindən əvvəlki dövrdə gündəmə gəlib.
Eyni zamanda, onun sözlərinə görə, Moskvanın Roma Statutunun ratifikasiyasını ona etiraz kimi qəbul etməsini başa düşmək olar:
“İndi Kreml üçün BCM-ni və onun qərarlarını legitimləşdirmək həmişəkindən daha vacibdir. Amma Ermənistan Rusiyanın mesajları və qorxuları əsasında öz planlarını dəyişməyi mümkün saymadı. Bununla belə, İrəvan Moskvaya danışıqlar aparmağı təklif edib ki, bu da Putinin həbsi ilə bağlı Rusiya rəhbərliyinin narahatlığını müəyyən qədər azalda bilər. Ancaq görünür, bu, Kreml üçün kifayət etmir”.
Dolqinin fikrincə, digər tərəfdən, İrəvanın addımını Rusiya və KTMT-nin Ermənistanda 2020-ci ildən ölkənin real təhlükəsizliyi üçün ümidsiz hekayə olduğu təsəvvürü kontekstində nəzərdən keçirmək olar. O bildirib ki, bütün bunlar Ermənistan-Rusiya münasibətlərinə mənfi təsir göstərib.
“Bəllidir ki, Kremldən yeni düşmən bəyanatları və Ermənistan rəhbərliyini devirmək cəhdləri olacaq. Rusiyada kifayət qədər mürəkkəb problemi olan böyük bir erməni icması var. “Vurula” bilər. Digər addımlarla yanaşı, Moskvanın bəzi sahələri Rusiyadan çox asılı olan Ermənistan iqtisadiyyatına qarşı yeni diskriminativ addımlar atacağını gözləmək olar”, – amerikalı analitik deyib./teleqraf.com