Paşinyan risk etdi, Putin bağışlamayacaq

 

Ermənistan parlamentində Roma Statutunun ratifikasiya olunması Moskva ilə İrəvan arasında münasibətləri daha da pisləşdirəcək. Bu statutun təsdiq edilməsi Vladimir Putinin Ermənistana səfəri zamanı onun həbsini qaçılmaz edir.

Bu sözləri politoloq Turab Rzayev deyib.

O bildirib ki, Rusiya artıq açıq şəkildə Paşinyandan narahat olduğunu bildirir:

“Ermənistan hakimiyyəti Rusiyanın əleyhinə addımlar atır, KTMT-dən çıxmaqla bağlı ifadələr səsləndirir, ölkədəki Rusiya bazalarının onları qorumadığı ilə bağlı açıqlamalar verirdi. İndi isə Roma Statutunun ratifikasiya olunması münasibətləri daha da gərginləşdirəcək. Hətta Lavrov bu yaxınlarda bir açıqlama vermiş, açıq şəkildə bildirmişdi ki, müvəqqəti rəhbərlik heç bir şəkildə Ermənistan və Rusiya münasibətlərini poza bilməz. Bununla da Paşinyan hakimiyyətinin müvəqqəti ola biləcəyinə işarə eləmişdi. Bu qanunun parlamentdə təsdiqi onu göstərir ki, Nikol Paşinyan israrlıdır və ölkəni Qərbə tərəf istiqamətləndirir. Rusiyanı isə uzaqlaşdırmağa çalışır. Bu missiyasında sistemli addımlar atır”.

Politoloqun sözlərinə görə, Paşinyanın Rusiyaya qarşı çıxmasını, qərbmeyilli siyasət yürütməsini Moskva bağışlamayacaq:

“Hesab edirəm ki, bununla Paşinyan özünü böyük riskə atır. Hətta Moskva onun hər hansısa formada ortadan qaldırılması ilə bağlı ciddi addımlar ata bilər. Yaxınlarda müxalifət və keçmiş Qarabağ klanının Paşinyana qarşı daha amansız mübarizəyə başlayacağını görmək mümkündür”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password