“Köçən ermənilər vasitəsilə kampaniyaya hazırlaşırlar, çalışmalıyıq ki…” – Deputat

 

Ölkəmiz heç bir halda etnik təmizləmə aparmır. Azərbaycanın antiterror tədbirlərindən öncə də Prezident İlham Əliyev ordumuza tapşırıq verdi ki, mülki əhaliyə, obyektlərə və yaşayış məntəqələrinə zərər dəyməməlidir. Belə də oldu. Azərbaycan Xankəndidə uzun illərdir ki, kök salmış separatçılara, qeyri-qanuni silahlı birləşmələrə, işğalçılara qarşı antiterror tədbiri həyata keçirdi və ərazimizi onlardan təmizlədik.

Bu sözləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O, Xankəndidə yaşayan erməni əsilli sakinlərə müraciət olunduğunu da vurğulayıb:

“Mülki əhalinin təhlükəsizliyini Azərbaycan təmin edir. Onların təhlükəsiz şəraitdə bütün təminatları ödənilir. Mülki ermənilərin heç yana getməsinə ehtiyac yoxdur, yaşadıqları yerdə qalsınlar. Gedən ermənilərdən soruşurlar ki, niyə gedirsiniz, sizə kim “gedin” dedi. Cavab olaraq Qarabağda olan hökumət deyirlər. Separatçılar dünya erməniləri ilə birlikdə “sürpriz” hazırlamaq niyyətindədir. Bu, şər-böhtan kampaniyası olacaq. Həqiqətən də bu, özünü göstərir. Laçın sərhəd buraxılış keçid məntəqəsindən keçən ermənilər deyir ki, azərbaycanlılardan heç bir narazılığımız yoxdur, özümüzə yaşayış yeri seçirik, heç bir pislik görməmişik. Sərhədi keçdikdən sonra əsl “sima”larını göstərirlər. Bu, tarixi erməni xəstəliyidir. Əlacsız qalanda özlərini quzu kimi aparırlar”.

Deputat bildirib ki, Azərbaycanın müvafiq hüquq mühafizə orqanları, mətbuat getməzdən qabaq onları danışdırıb fikirlərini alırlar: “Bu, bir sənəddir və saxlanılır. Ermənilər 1915-ci ildə Osmanlı daxilində üsyan qaldırdılar. Osmanlı hökuməti qərar verdi, onları başqa yerə köçürtdülər ki, xəyanətkarlıqdan əl çəksinlər. Onlar bunu “soyqırımı” adlandırdılar. İndi də Azərbaycana qarşı bu kampaniyanı hazırlayırlar. Ancaq iynələri tikiş tutmayacaq, bu məkrli hiylələri yeriməyəcək. Azərbaycan beynəlxalq hüquqa uyğun işini davam etdirir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password