Rusiya ilə anlaşdılar – Güclər birləşdirilir

 

Rusiya Ukrayna müharibəsi fonunda Qərb ölkələri ilə münasibətlərini gərginləşdirməkdə davam edir. Moskva bu mübarizədə strateji tərəfdaşı Pekinə arxayındır. Çin xarici işlər naziri Van Yi bir müddət əvvəl Rusiyaya dördgünlük səfər edərək rusiyalı həmkarı Sergey Lavrovla müxtəlif mövzuları müzakirə edib. O, eyni zamanda Moskvada iki ölkə arasında 18-ci strateji təhlükəsizlik məsləhətləşmələrinə qatılıb.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Van Yi Lavrovla yanaşı, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə də görüşüb:

“Patruşev deyib ki, Tayvan, Sincan, Tibet və Honq Konq məsələlərində Moskva Pekini dəstəkləyir. Onun sözlərinə görə, Rusiya və Çini cilovlamaq üçün Qərbin başlatdığı kampaniya kontekstində beynəlxalq arenada Moskva-Pekin koordinasiyasının və əməkdaşlığın daha da dərinləşməsi xüsusi əhəmiyyət kəsb edir.

Rusiya və Çin BMT, BRİCS, G-20 və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə əməkdaşlıq mövzularını müzakirə edirlər. Pekin və Moskva Rusiya-Ukrayna müharibəsinin gedişatı barədə də fikir mübadiləsi aparırlar. Qərbin Rusiya və Çinə münasibəti oxşardır, Moskva və Pekinin siyasətlərini beynəlxalq aləm üçün təhlükə kimi qiymətləndirir. Nəticədə Moskva və Pekin Qərblə mübarizədə koordinasiyanın gücləndirir.

Buna baxmayaraq, Çinin Rusiyadan fərqi var. Qərb Kremllə münasibətlərini dondurub, Pekinlə isə müxtəlif səviyyələrdə təmaslar davam edir. Məsələn, Qərb diplomatları Pekinə gəlir, çinli rəsmiləri ölkələrinə dəvət edirlər. Qərblə Rusiya arasındakı münasibətlərdə görüş və müzakirələr yoxdur. Qərb diplomatları BMT-də Lavrovla görüşmədilər”.

Təhlildə vurğulanır ki, ABŞ Prezidenti Co Bayden Çin lideri Si Cinpinlə görüşməyi planlaşdırır:

“Bu məqsədlə amerikalı və çinli rəsmilər liderlərin görüşünü hazırlamaq üçün tez-tez təmas qururular. ABŞ prezidentinin müşaviri Ceyk Sallivan Van Yi ilə Maltada 12 saatlıq müzakirələr aparıb. Vaşinton və Pekin arasında təmaslar bundan sonra da davam edəcək.

Bu görüşlərə və müzakirələrə baxmayaraq, Vaşinqton Pekinə təzyiq siyasətindən itmina etmək istəmir. Vaşinqton Çin-Rusiya strateji tərəfdaşlığını, Pekinin dənizlərdə hərbi gücünü artırmasını və Tayvan ətrafındakı vəziyyəti ABŞ üçün təhlükə kimi qiymətləndirir. Vaşinqton bu səbəbdən bölgədə Çinə qarşı müxtəlif siyasi və hərbi ittifaqlar formalaşdırıb. Bunlardan biri yeni təsis edilib. Avqustun 18-də ABŞ, Cənubi Koreya və Yaponiya liderləri bir araya gəliblər. Bu sıraya, ABŞ, Yaponiya, Hindistan və Avstraliya (QUAD), o cümlədən ABŞ, Britaniya və Avstraliyadan ibarət AUKUS təşkilatını da aid etmək olar. Bu ittifaqların hər biri Çinə qarşıdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password