Xankəndidə təxribat: partlayışı kim və niyə törədib?
Xankəndidə yanacaq məntəqəsində baş verən partlayış nəticəsində yaralıların sayının 200-dən çox olduğu iddia edilir. Və əsas tələb kimi hava məkanının açılmasını, yaralıların helikopterlərlə Ermənistana daşınmasını irəli sürürlər.
Bu barədə politoloq Asif Nərimanlı qeyd edib.
O bildirib ki, əgər partlayış hazırlanmış təxribatın nəticəsidirsə, bunu hava məkanının açılmasını istəyənlər edə bilər:
“Hava məkanının açılmasında ən çox maraqlı olanlar isə separatçılardır – həm keçmiş, həm hazırki “rəhbərlər”:
– keçmiş “rəhbərləri” təhvil-təslim prosesinin sonunda həbs edilmək təhlükəsi ilə yaşayır: onlar Laçın yolundan çıxmağa risk etmədikləri üçün helikopterlə getməkdə maraqlıdır;
– hazırki “rəhbərlər”in əsas missiyası Azərbaycanın əlinə keçməsini istəmədikləri sənədləri, yaxud hansısa daşına bilən əşyaları “təhlükəsiz” şəraitdə bölgədən çıxarmaq ola bilər.
Benzin çəninin dolu olub-olmaması da hadisə ilə bağlı ehtimalların yönünü dəyişə bilər: əgər çən dolu olubsa, bu partlayış ermənilərin Ermənistana getməsini səngidəcək”./axar.az