Əliyev imkan vermədi – “Qarabağa girə bilsəydilər…”

 

“İkinci Qarabağ müharibəsindən sonra Qarabağda Rusiyanın yerinə Qərb sülhməramlıları yerləşsəydi, “Kosovo ssenarisi” ilə üz-üzə qalacaqdıq”.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Qərb bu durumda Qarabağ ermənilərinə “status” almağa çalışacaqdı:

“Şübhəsiz ki, Rusiya da, Qərb də “status”da maraqlıydı. Amma Azərbaycanın, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi buna imkan vermədi. Zənnimcə, buna mane olan amillərdən biri həm də bölgədəki Türkiyə amili idi. Eləcə də Ukraynadakı müharibədən sonra Qərblə Rusiya arasında dərinləşən uçurum…

Azərbaycan ordusunun son antiterror tədbirləri isə bu bədnam istəyə birdəfəlik nöqtə qoydu. Artıq bütün Qarabağa nəzarətimizi bərpa etmişik. Hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında da sülh müqaviləsinin bağlanması perspektivi var. Azərbaycan Rusiya sülhməramlılarının bölgədə yerləşməsinə razı olmaqla məsələnin beynəlxalq müstəviyə çıxmasına imkan vermədi. Belə bir faktor Qərbin əlində olsaydı, hər vəchlə ərazi bütövlüymüzün bərpasına mane olacaqdı. Zaman göstərdi ki, vaxtında doğru addım atmışıq”

 

Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya sülhməramlıları səlahiyyət müddəti bitdikdən sonra, bəlkə də daha tez Qarabağdan – Azərbaycan ərazisindən çıxacaqlar.

“Prezident İlham Əliyev regionda milli maraqların və regional təhlükəsizliyin təmini üçün strateji siyasət yeridir. Cənubi Qafqazda problem yaradan Rusiya idi. Məhz Rusiyanı neytrallaşdırmaqla problemlərimizi həll edə bildik”, – politoloq əlavə edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password