Ermənistan müdafiəsini bu iki ölkəyə tapşırır – Rusiya kənarda qaldı

 

“Ermənistanın mövcud olduğu mexanizmlər faktor deyil və bu baxımdan Ermənistan özünün təhlükəsizliyi və təhlükəsizlik mexanizmlərini necə gücləndirəcəyini düşünməlidir”.

Bunu Ermənistan parlamentin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Sərkis Xandanyan Baş nazir Nikol Paşinyanın son bəyanatına istinadla deyib.

Baş nazir bundan əvvəl Ermənistanın yer aldığı xarici təhlükəsizlik sistemlərinin Ermənistanın təhlükəsizliyi baxımından təsirli olmadığını bildirmişdi.

“Bu, Ermənistanın xarici siyasət kursunu dəyişmək, ya KTMT-dən çıxmağa hazırlığıdırmı” sualına Xandanyan belə cavab verib:

“Bu, bizim etməli olduğumuz işlərlə bağlıdır.

KTMT və təhlükəsizlik sistemlərinə gəlincə, dəfələrlə qeyd olunub ki, bəli, Ermənistanın daxil olduğu mexanizmlər faktor deyil, bu baxımdan biz düşünməliyik ki, öz təhlükəsizliyimizi necə gücləndirək? Baş nazir bu məsələyə toxunub.

 

Bir çox ölkələrlə təhlükəsizlik və müdafiə sahəsi ilə bağlı danışıqlar aparılır və artıq bir neçə ölkə ilə nəticələr var. Hökumətin islahtalar gündəmində silahlı qüvvələrinin yenidən silahlandırılması məsələsi də var və bu istiqamətdə irəliləyirik”.

Xandanyan “Təhlükəsizlik alternativi yaradılıbmı və yaradılıbsa, hansı dövlətlərlə” sualını də cavablayıb:

“Hazırda konkret təhlükəsizlik sistemindən danışa bilmərik, çünki bu, mürəkkəb və uzunmüddətli prosesdir, amma əməkdaşlıq etdiyimiz ölkələrə gəlincə, Hindistanla bağlı çox danışılıb, müəyyən əlaqələr və nəticələr var. Fransa ilə əməkdaşlıq və sair”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password