Qənirə Paşayeva komaya düşdü: Həmkarları Mərkəzi Klinikaya gəldilər

 

Millət vəkili Qənirə Paşayeva komaya düşüb. 

RTV-nin məlumatına görə, millət vəkili dərhal xəstəxanaya yerləşdirilib.

Millət vəkilinin yaxınları faktı təsdiqləyib. Lakin onun səhhəti barəsində heç bir məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.  Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.

Xəstəxanadan verilən ən son məlumatlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, millət vəkili Qənirə Paşayevanın müalicəsi ilə bağlı məsələlər Fond tərəfindən nəzarətə götürülüb. Artıq Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Mərkəzi Klinik Xəstəxanada olub. Bunları açıqlamasında deputatın köməkçisi Elbəy Bədirov deyib.

 Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev isə millət vəkilinin səhhəti ilə bağlı danışarkən bildirib ki, bütün ixtisas həkimləri müalicə işinə cəlb olunub:

“Əlimizdə mövcud olan bütün tibbi imkanların hamısından istifadə olunur. Qənirə xanımın müalicəsi üçün Türkiyədə olan həmkarlarımızla daimi əlaqədəyik və konsultasiyalar aparırıq. Müalicə davam edir. Qeyd edim ki, Qənirə xanımın vəziyyəti hazırda çox ağırdır”.

Qeyd edək ki, deputat sentyabrın 23-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə müraciət edib.

“Dünən səhər saatlarında Qənirə xanım Mərkəzi Klinikanın təcili yardım şöbəsinə müraciət edib. Gəldiyi zaman vəziyyəti ağır şok vəziyyətində idi. Huşu aydın deyildi”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password