Ermənistanda aləm bir-birinə dəydi – “Zəngəzura belə bir cəhd olsa…”

 

“Rusiyadan əlini üzən Ermənistan bu dəfə bir-birinə zidd mövqelərdə dayanmış ABŞ və İranı “müttəfiq”ləri zənn etməyə başlayıb”.

Bunu politoloq İlqar Vəlizadə deyib.

“Paşinyanyönümlü kanallar iddia edirlər ki, İran və ABŞ Ermənistanın “müttəfiq”ləridir, çünki onlar Ermənistan dövlətçiliyinin “kabus”una çevrilmiş Bakı, Ankara və Moskva tərəfindən irəli sürülən Zəngəzur dəhlizinə qarşıdırlar. Görünür, bu, Ermənistan siyasətinin “xüsusiyyət”idir. İkinci Qarabağ Müharibəsinə qədər Rusiyanın müttəfiqi idilər, eyni zamanda Avropaya inteqrasiyadan danışırdılar. İndi də deyirlər ki, onlara İran və ABŞ qədər yaxın adam qalmayıb. Fransanın adını çəkmirlər, çünki bununla bağlı hər şey aydındır.

Maraqlıdır, Türkiyə, Azərbaycan və Rusiya Zəngəzur dəhlizini açmaq üçün “hərəkətə keçsə”, onu kim müdafiə edəcək? Amerikanın dəniz piyadaları “Qüds” briqadası (İran) ilə birlikdə? Bunu xatırladan maraqlı bir klassik deyim yada düşür: Oblonskilərin evində aləm bir-birinə dəymişdi”, – ekspert bildirib.

 

İlqar Vəlizadə Ermənistan baş nazirinin son açıqlamasının “Rusiyaya vida” çıxışına bənzədiyini söyləyib:

“Paşinyanın bugünkü çıxışı ötən illər ərzində çox diqqətlə hazırladığı xətdir: “Əlvida, Rusiya, salam, Qərb”. Ancaq bütün bunlar hələ sözdədir. Reallıqda nələrin baş verəcəyi isə çox yaxın gələcəkdə görünəcək. Məni daha çox bu sual maraqlandırır ki, qazpulunu necə ödəyəcəklər?”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password