Yoxlanılmalıdır: körpülər selə niyə dözmür? – Ekspert

 

Körpülərin vəziyyəti ilə bağlı məsələ gündəmdə olan mövzudur. Problemin qabarıq şəkildə özünü göstərməsi onu deməyə əsas verir ki, biz bütün körpüləri mütləq müayinədən keçirtməliyik.

Bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı Azərbaycanda körpülərin təhlükəsizliyi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, baş verən son hadislər istər paytaxtda, istərsə də digər bölgələrimizdə körpülərin yoxlanmasını zəruri edib:

“Aidiyyəti qurumlar – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də daxil olmaqla, mütləq körpülərin mövcud vəziyyətini yoxlamalıdır. Bizdə son illər çəkilən yolların böyük əksəriyyəti nəzərdə tutulan müddətə dözmür. Bakı-Quba yolunu 30 il üçün çəkdilər, üç ildən sonra dağılmağa başladı. On ilin tamamında da söküb, təzədən çəkdilər. Yəni bu, körpülərdə də baş verə bilər. Düşünürəm ki, bütün körpülər vaxtı-vaxtında müayinə olunmalı, təhlükəli vəziyyət varsa, aradan qaldırılmalıdır. Çünki burada insanların həyatından söhbət gedir. Qabaqlayıcı tədbirlər vaxtında görülməli, hadisələrin baş verməsinin qarşısı əvvəlcədən alınmalıdır. Ola bilər, bəzi körpülərdə təhlükə aşkarlansın. İndiki vəziyyət bunu bir daha göstərdi. Düşünürəm ki, həm tunellər, həm də körpülər tamamilə nəzarətə götürülməlidir”.

Qeyd edək ki, sentyabrın 15-də Xaçmaz-Xudat yolunun üzərindəki körpü, sentyabrın 18-də isə Astaranın Vaqo kəndindəki körpü təbii fəlakət nəticəsində yarasız hala düşərək dağılıb./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password