Ərdoğan: “Məhdudiyyətlərə baxmayaraq, müdafiə sənayesində qlobal oyunçuya çevrildik”
“Gizli və açıq məhdudiyyətlərə baxmayaraq, biz müdafiə sənayesində qlobal oyunçuya çevrildik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ABŞ-dəki beyin mərkəzlərinin nümayəndələri ilə görüşü zamanı deyib.
Onun sözlərinə görə, Türkiyənin bu ilin ilk yarısında müdafiə sənayesi məhsullarının ixracı 2 milyard 400 milyon dollara çatıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin beyin mərkəzlərinin nümayəndələri ilə dəyirmi masa görüşündə iştirak edib. Görüşdə həmçinin Türkiyə-Aİ münasibətləri, terrorla mübarizə, suriyalı miqrantlar və digər regional məsələlər ətrafında fikir mübadiləsi baş tutub.