Fikrət Məmmədov Səadət Hüseynovun qanunazidd əməllərinə niyə göz yumur?

 

İnsan psixologiyasının mahir bilicisi Robert Qrinin çox məşhur kitabı var: “Hakimiyyətin 48 qanunu”. Kitabda hökmranlıq etmək, başqalarının düşüncələrini və əhvali-ruhiyyəsini məharətlə idarə etmək sənətinin sirləri öyrədilir. Burada öyrədilən fəndlər məmurlar tərəfindən tətbiq olunsa da, üstüörtülü saxlanılır, etiraf olunmur, dilə gətirilmir.
Görünür, 48 saylı notariat ofisinin xüsusi notariusu Səadət Hüseynov həmin o 48 qanunu hətta oxumayıbsa da belə, yaxşı mənimsəyib. Çünki onun korporativ maraqları üçün dövlət qanunları işləmir.
Yazının əvvəlini burdan oxuya bilərsiniz(48 saylı Notariusda dövlət qanunları niyə işdəmir?)
Bu mövzuda oxucularımıza təqdim etdiyimiz ötən yazıda 48 saylı notarius ofisinin Bakı şəhərində fərqli üç ünvanda fəaliyyət göstərməsindən yazmışdıq. 48 saylı notariat ofisi Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin həyətində, bundan başqa “Meyvəli” deyilən yerdə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Qeydiyyat İmtahan İdarəsinin həyətində və eləcə də Binəqədi şossesində də fəaliyyət göstərir. Səadət Hüseynovun eyni zamanda üç ayrı məkanda notariat əməliyyatını necə aparması sual kimi qoyulmuşdu: “Notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli olduğu halda, Səadət Hüseynov fiziki və hüquqi nöqteyi nəzərdən bu izah işlərini ayrı-ayrı məkanlarda necə çatdırır? Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əsasən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər Səadət Hüseynov bir ofisdə əyləşirsə, digər ofislərdə sadalanan qaydalara necə əməl olunur?”
48 saylı notariat ofisinin rəhbərinin bunca geniş səlahiyyəti Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi ilə yəqin ki razılaşdırılmış məsələdir, yəni, Səadət Hüseynova məxsusi olaraq bu şərait yaradılıb.Bəs görəsən Ədliyyə naziri Fikrət Məmmədovun bunlardan xəbəri varmı?Qanunların icrasına nəzarət edən bir nazirlikdə, qanunvericiliyin tələblərinin pozulması ozü-özlüyində çox maraq doğurur.Notariat haqqında Azərbaycan Respublikası Qanunlarının tələbləri pozularaq,Səadət Hüseynova xüsusi şərait yaradanlar görəsən hansı maraqları güdür?Məgər Səadət Hüseynov qanunlardan ” üstə durur”?.Bəlkə Notariat haqqında  qanuna Səadət Hüseynova görə əlavə bənd salınıb?Yəqin ki yaxın günlərdə rəsmi sorğu ilə Ədliyyə nazirinə və digər aidiyyatı qurumlara müraciət edərək qoyulan suallara cavab tapmağa çalışacağıq. Diqqəti çəkən əsas məqam budur ki, Səadət Hüseynovun ofisi məhz BDYPİ-nin periferiyasında fəaliyyət göstərir. Deməli, burada əsasən avtomobillə, sahiblik, etibarnamə və s. ilə bağlı əməliyyatların təsdiqi həyata keçirilir. BDYPİ-nin funksionerlərinin mühüm gəlir mənbəyi olan və təcili xarakter daşıyan bu əməliyyatların icrasının ləngiməsi sərf eləmir. Əgər burada söhbət məqsədəuyğunluqdan, səmərəlilikdən, vətəndaş məmnunluğunun təminindən gedirsə, BDYPİ-nin struktur vahidlərinin yaxınlığındakı həmin ünvanlarda niyə 3 ayrı notariatus fəaliyyət göstərməməlidir? Səadət Hüseynovun başqa həmkarlarından nəyi üstündür? Axı “səadət quşu” niyə uçub məhz onun başına qonmalıdır? Həlledici olub-olmadığını deyə bilmərik, amma bir amil də var ki, etibarlı mənbədən aldığımız məlumata görə, BDYPİ-nin siqnal idarəsinin rəisi Müşfiq Rəhimov Səadət Hüseynovun qaynıdır. O Müşfiq Rəhimov ki, uzun illər BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini işləyib. Deməli, eyni müştərinin yeznə və qayının xidmətindən istifadə etdiyi hallar çox olub. Necə deyərlər, ev bizim, sirr bizim./Əyalətmedia.az

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password