Tovuz sakinləri Vilayət Eyvazovdan təcili kömək istəyir – MÜRACİƏT
Tovuz şəhəri, İ.Mürşüdov küçəsi ev 14 ünvanda yaşayan sakinləri, 2-ci qrup əlil Quliyeva Səhər Qəndəh qızı və onkoloji xəstə Qasımova Nərminə Əmir qızı tərəfindən Prezident İlham Əliyevə, Prezidentin köməkçisi Fuad Ələsgərova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova ictimai təhlükəli dələduz, məhkum Həsənov Rauf Bəylər oğlunun tapılaraq cəzalandırlması və onlara vurduğu ziyanın ödənilməsi barədə müraciət unvanlanıb.
Aktualinfo.org əlil vətəndaşların müraciətini olduğu kimi təqdim edir:
Çoxhörmətli cənab Prezident! Əvvəlcə məlumat üçün bildirək ki, özünü 1-ci Qarabağ Müharibəsi veteran və qazisi kimi tanıdan və əslən Gürcüstanlı olan, Xocalı rayonun Xankəndi şəhərində passport qeydiyyatlı dələduz Həsənov Rauf Bəylər oğlu Tovuz, Gədəbəy və Şəki rayonlarında bizim kimi çoxsaylı əlacsız vətəndaşların etimadından süi-istifadə edərək müxtəlif yalan vədlər verərək pulularımızı mənimsəmişdir.
Belə ki, dələduz “qazi” Rauf Həsənov Tovuz rayonunda olarkən özünün istər Əmlak Məslələri Dövlət Komitəsində , istərsə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Reabilitasiya Mərkəzində nüfuzlu adamlarının olduğunu bildirərək bizə işə düzəlmədə və əlillik təyin olunmasında və s. işlərdə köməklik göstərə biləcəyinə inandırmışdır.
Mən, Səhər Quliyeva, bir Azərbaycan vətəndaşı olaraq qonum-qonşudan borc alıb evdə işsiz qalan qızımı və gəlnimin iş problemlərinin həll edilməsi üçün 2021-ci ilin əvvəlində ayrı ayrılıqda 12000 manat pulu Raufa ( mob. Telefonu 050-448 42 26 və 050-739 43 55 olan) vermişdim. O mənə işlər düzələcək düzələcək vədləri versə də sonradan telefonları söndürüb aradan çıxdı.
Mən, Nərminə Qasımova da qonşum Səhərlə danışdıqdan sonar oğlumun müalicəsinin təşkil edilməsi üçün 5000 manat pulu Raufa verdim. 5-6 ay telefonla hər şey yaxşı olacaq dedi və tefefonu söndürüb birdəfəlik yoxa çıxdı. Biz bu dələduzu Tovuz rayonunda axtardıqda məlum oldu ki, Rauf bizdən başqa digər Tovuz sakini olan taksi sürücüsünə qarşı və Gədəbəy rayonunda yaşayan iki qadına qarşı da bizə olduğu kimi dələduzluq əməli törədərək aradan çıxıb. Budur, iki gün əvvəl Şəkidən olan tanışlarımız da bizə xəbər verdilər ki, özünü “qazi” kimi sırayan, əslində işi özünün də dediyi kimi, Gürcüstandan Azərbaycana mal-qara gətirib satan Həsənov Rauf 9 nəfər Şəki sakininə də ayrı ayrılıqda dələduzluq əməli törətdiyinə görə hazırda Şəki Polis Şöbəsi tərəfindən çoxsaylı şikayətlər əsasında axtarışa veilmişdir. O da məlum oldu ki, bu adam əvvəllər də mal oğurluğu və dələduzluq cinayətləri törətdiyinə görə iki dəfə məhkumluq həyatı yaşamışdır.
Cənab Prezident Sizdən çox xahiş edirik ki, məhkum dələduz Həsənov Rauf Bəylər oğlunun tezliklə tapılaraq bizə vurduğu ziyanın ödənilməsi üçün daxili içlər nazirinə tapşırıq verəsiniz. Sizə əvvəlcədən çox sağ olun deyirik.
Aktualinfo.org