İlham Əliyevin Düşənbədə 5 ölkəyə təklifi…

 

Azərbaycan Prezidenti dünən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edib. Mərkəzi Asiya dünyada sürətlə inkişaf edən regionlardan hesab olunur. Artıq region dövlətlərinin (5+1) iqtisadiyyatlarının ümumi real həcmi 1 trilyon 412 milyard dollara çatıb. PPP ilə ÜDM-in həcmi Qazaxıstanda 604,551 milyard dollar, Özbəkistanda 420,0 milyard dollar, Azərbaycanda 189,9 milyard dollar, Türkmənistanda 117,77 milyard dollar, Qırğızıstanda 43,318 milyard dollar və Tacikistanda 37,235 milyard dollardır. Bu, regionun artan iqtisadi gücünün göstəricisi olmaqla yanaşı, bölgənin strateji mövqeyinin gücləndiyini xarakterizə edən indikatordur.

Bu barədə iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib.

Onun sözlərinə görə, iclasa Azərbaycanın da dəvət olunması ölkəmizə olan inam və etimadın nəticəsidir:

“Son illər Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin kifayət qədər dərinləşməsi müşahidə olunur. Ölkələr fərqli beynəlxalq və regional platformalarda qarşılıqlı dəstək nümayiş etdirirlər.

Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışında region üçün bir sıra vacib məqamlara toxundu. Nəqliyyat və logistika sahəsində region ölkələrinin əməkdaşlıq imkanları kifayət qədər yüksəkdir. Ölkə Prezidenti məhz bu kontekstdə Azərbaycanın bütün nəqliyyat–logistika infrastrukturunun qardaş dövlətlər üçün açıq olduğunu bir daha bəyan etdi. Digər tərəfdən, Azərbaycan beynəlxalq yükdaşımaların artırılması üçün həm infrastrukturun inkişaf etdirilməsi, həm də institutsional dəyişikliklər sahəsində fəaliyyətləri gücləndirib. Bakı Ticarət Limanının imkanları 15 milyon tondan 25 milyon tona qədər artırılır. Bu, Azərbaycan daxil olmaqla, region üzərindən daha çox yüklərin daşınmasına imkan verəcək.

Bütövlükdə, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında yeni bir səhifə açılır. Bu strateji əməkdaşlıq və qardaşlığın daha da dərinləşməsinə xidmət edəcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password