Rusiyadan Azərbaycana qarşı demarş – Zaxarovadan etiraz
Rusiya Azərbaycan Xarici İşlər Nazirliyinin “Rusiyanın dörd regionu”nda keçirilən “seçkilər”lə bağlı bəyanatı ilə bağlı demarş elan edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Azərbaycan tərəfi qarşısında diplomatik xətt boyunca demarş həyata keçirilib. Bu məsələ ilə bağlı hər şeyi ifadə etmişik”, – Zaxarova bildirib.
XİN sözçüsü rəsmi Bakının bəyanatını “qəbuledilməz” adlandırıb.
Zaxarova “Rusiyanın 4 regionu” və ya “yeni ərazilər”i dedikdə, Ukraynanın işğal və ilhaq edilmiş ərazilərini nəzərdə tutur. Bura Zaporoje, Xerson, Donetsk və Luqansk vilayətləri aiddir.