Avropa sınaq qarşısında – ABŞ Ukraynaya dəstəyi dayandırsa, nə baş verər?

 

ABŞ Ukraynaya müdafiə dəstəyini dayandırsa, Avropa ölkələri bu itkini kompensasiya edə bilməyəcək.

Bu barədə “Vaşinqton Post” yazır.

Nəşr qeyd edir ki, Bayden administrasiyası Rusiyanın hücumundan sonra Ukraynaya təxminən 75 milyard dollar yardım ayırıb. Avropa da bir çox öhdəlik götürüb, amma bunlar əsasən maliyyə ilə bağlıdır, ABŞ isə Kiyevi hərbi resurslarla təmin edir.

“Qitə ABŞ-ın davamlı silah tədarükü, maliyyə dəstəyi və siyasi liderliyi olmadan Ukraynanın salamat qalmaq perspektivlərinin kəskin şəkildə aşağı düşəcəyi faktını gizlətməməlidir. Vaşinqton dəstəyini azaltsaydı, yaxın gələcəkdə Avropanın bu boşluğu bağlaya biləcəyini təsəvvür etmək fantaziya olardı”, – məqalədə deyilir.

Nəşr vurğulayır ki, Amerikanın dəstəyini itirmək təhlükəsi nəzəri deyil, sabiq prezident Donald Trampın Ağ Evi geri qaytarmaq üçün real perspektivləri var. Tramp artıq 24 saat ərzində müharibəni bitirəcəyinə söz verib. Qəzet iddia edir ki, bu, Ukraynaya dəstəyin dayandırılması kimi anlaşılmalıdır.

VP-yə görə, ABŞ-ın Ukraynaya dəstəyinin kəskin azalması Kremlə 75 ildən ABŞ-ın Avropadan üz döndərdiyinə dair ciddi siqnal olacaq:

“Bu, ABŞ-ın ən çox dəyər verdiyi NATO-nun gələcəyini və Moskvanın revanşist ambisiyaları qarşısında alyansın cəbhəyanı üzvlərinin müdafiəsini təhlükə altına qoyardı. Bu, həm də müdafiə qabiliyyəti zəifləyəcək Ukraynada daha çox qan tökülməsinə səbəb ola bilər”.

 

Bütün Avropa bu təhlükəyə görə həyəcan təbili çalsa da, bu, Avropanın Ukraynanı dəstəkləməkdə ABŞ-ı əvəzləməyə hazır olmadığı faktını dəyişməyəcək. Üstəlik, “öncül”ü Fransa Prezidenti Emmanuel Makron olan Avropa Birliyi ABŞ-ın hegemon olduğu qitədə öz “strateji muxtariyyət”ini təmin edə bilmir.

“Avropanın Ukraynaya kömək səylərinə və bununla bağlı rəqəmlərə baxmayaraq, gördüyü işin keyfiyyəti ABŞ-ın verdiyi töhfələrə uyğun gəlmir. Avropalıların ABŞ-ın maliyyələşdirməsinin dayandırılması ehtimalına qarşı öz töhfəsini təxminən iki dəfə artıra biləcəyi çox da real deyil”, – nəşr yazır.

Bundan əlavə, Ukraynanın avropalılardan silahlar köhnə sovet silahlarıdır. Bunlar ABŞ-ın müasir silahları ilə rəqabət apara bilməz. Nəşrin müəllifləri deyirlər ki, Avropanın Ukraynaya yardımını artırmaq üçün ən ciddi maneə siyasi iradənin olmamasıdır. Bu, Almaniya Kansleri Olaf Şolz qışda “Leopard 2” tanklarının Ukraynaya çatdırılmasının təsdiqini həftələrlə gecikdirəndə özünü büruzə verdi. Yalnız Bayden ABŞ istehsalı “Abrams” tanklarını göndərəcəyini vəd edəndə Şolz razılaşdı.

“Onilliklər ərzində ABŞ-ın təhlükəsizlik çətirinə arxalandıqdan sonra bir çox avropalı siyasətçilər başa düşürlər ki, Ukraynanın təhlükəsizliyinə investisiyalar onlar üçün də töhfədir. Səyləri sürətlənir, amma ABŞ-ın geri çəkilməsinin potensial fəlakətli nəticələrini aradan qaldıracaq qədər sürətli deyil”, – nəşr əlavə edir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password