“Priqojin sağ-salamatdır və Marqarita adasında öz vaxtını çox gözəl keçirir…”

 

“Priqojinə təyyarəsinin məhv ediləcəyi barədə xəbərdarlıq edilib və o, təyyarədə olmayıb…”

“Putin və Patruşev Priqojinlə kritik vəziyyətdə əməkdaşlıq barədə razılıq əldə edib…”

“Vaqner qrupu” özəl hərbi şirkətinin rəhbəri, “Putinin aşpazı” adlandırılan  Yevgeni Priqojin avqustun 23-də aviasiya qəzasında şirkətin yüksək vəzifəli üzvləri ilə birlikdə həlak olub. Lakin ilk günlərdən onun sağ-salamaq olduğu və gizləndiyi barədə şayiələr dolaşmağa başlayıb.

Bu barədə tanınmış rusiyalı politoloq Valeri Solovey Britaniyanın “Daily Mail” nəşrinə verdiyi müsahibəsində bəyan edib. Onun sözlərinə görə, Priqojin Vladimir Putinin qisasından gizlənir.

Solovey adları açıqlanmayan mənbələrə istinadən iddia edir ki, Priqojin təyyarəsinin məhv ediləcəyi barədə informasiya əldə edib və təyyarədə olmayıb.

“Yevgeji Priqojinə onun qətlə yetiriləcəyi, onun təyyarəsinin məhv ediləcəyi ilə bağlı xəbərdarlıq edilib”, – Solovey bəyan edib.

“Putunin qisası” barədə danışarkən, Solovey bununla yanaşı iddia edir ki, Putin və Patruşev Priqojinlə sövdələşmə əldə edib ki, onlar bizim müşahidə etdiyimiz bu “fokusu” işləyib hazırlayıb.

“Onlar kritik vəziyyətdə əməkdaşlıq barədə razılaşıblar”, – o, deyib və qeyd edib ki, bu beş min vaqnerçidən Patruşevlə bağlı yeni hakim koalisiyasına qarşı çıxmağa cəhd edənlərdən xilas olmaq üçün istifadə edilməsi güman edilir.

Solovey güman edib ki, Priqojin Vladimir Putin ölməyincə, Vətənə dönməyəcək. O, deyib ki, geriyə dönən kimi Priqojin yenidən beş minlik “Vaqner”ə rəhbərlik edəcək və Kremlin müxtəlif qütblərinin hakimiyyət uğrunda mübarizəsində ən mühüm fiqur olacaq.

Solovey həmçinin bəyan edib ki, Priqojinin aktivləri, o cümlədən brilliantlar, qızıl və nağd pulları bölünüb, həm də Priqojinə onların yeddidə bir hissəsi qalıb, digər hissələri “Vladimir Putinin ailəsinin nəzarət etdiyi qurumlara” çatıb.

Politoloq əmindir ki, Putin xəstədir və 2023-cü ilin payızında ölə bilər. İctimaiyyət qarşısına isə onun oxşarları çıxır.

“Putinin oxşarları, daha doğrusu, iki oxşarına Federal Mühafizə Xidməti tərəfindən nəzarət edilir”, – o, deyib. Onun həkimlərinin sözlərinə görə, Putin xəstədir və payızadək ölə bilər.

Valeri Solovey kimdir?

Valeri Solovey çoxdandır ki, ekspert cəmiyyətində sui-qəsd nəzərriyyələrinin başlıca tərəfdarı kimi qəbul edilir. Onlardan iki ən populyarı bunlardır: Putin ölüm ayağındadır və çoxdandır ki, ölkəyə rəhbərlik etmir; Putinin yerinə oxşarları çıxış edir.

Solovey rusiyalı tarixçi, siyasi analitik, publisist və ictimai xadimdir. Tarix elmləri doktorudur.

2007-2019-cu illərdə o, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun reklam və ictimaiyyətlə əlaqələr kafedrasının müdiri vəzifəsində çalışıb. 1993-cü ildə “Qorbaçov Fondu”nun eksperti olub.

2012-ci ildə milliyyətçi yönlü “Yeni qüvvə” partiyasının sədri seçilib, Rusiya Ədliyyə Nazirliyi onu qeydiyyatdan keçirməkdən imtina edib.

Solovey müntəzəm olaraq Putinə və “Vahid Rusiya” partiyasına qarşı çıxıb. 2022-ci ildə İstintaq Komitəsi müstəntiqləri tərəfindən onun evində axtarış aparılıb. O, həmçinin dəfələrlə piketlərdə saxlanılıb.

Solovey 9 sentyabr 2022-ci ildə Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agentlər” siyahısına salınıb.

Qeyd edək ki, Soloveyin bu açıqlaması Priqojini öldürən adamın adını açıqlayan Ukrayna prezidentinin sözlərilə ziddiyyət təşkil edir.

Eyni zamanda, bu həftə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bəyan edib ki, Priqojinin ölümünü hələlik 100 faiz təsdiq edə bilmir.

Bu barədə nazirliyin nümayəndəsi Andrey Yusov məlumat verib və vurğulayıb ki, Dmitri Utkinin və təyyarənin digər sərnişinləri həlak olub, amma Priqojinlə bağlı “bir qədər gözləmək lazım gələcək. Biz faktlara əsaslanmalıyıq, Yusov deyib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password