Putinin bütün sirlərini bilən adam – Rusiyadan niyə qaçmaq istədi?

 

Rusiya Prezidenti Vladimir Putinin səhhəti ilə bağlı bütün sirləri bilən bu ölkənin aparıcı tibb işçilərindən biri qaçmaq istəyərkən saxlanılıb. O, artıq Rusiyanın xüsusi xidmət orqanları tərəfindən həbs edilib.

Bu barədə Britaniyanın “The Sun” qəzeti məlumat yayıb.

Məlumata görə, saxlanılan 59 yaşlı Viktor Truxin son 11 ildə Sankt-Peterburq Elmi Tədqiqat Peyvəndlər və Zərdablar İnstitutunun direktoru olub. Fırıldaqçılıq ittihamı ilə tutduğu vəzifədən qovulduqdan sonra – altı gün əvvəl yoxa çıxıb.

Truxin Rusiyada vaksinlər, zərdab (serum) və bakterial preparatlar sahəsində aparılan ən son tədqiqatlar və gəlişmələrdən tam məlumatlıdır. Belarus vasitəsilə xaricə qaçmağa cəhd etdikdən sonra Rusiyanın əks-kəşfiyyat xidməti tərəfindən həbs edildiyi bildirilir.

Truxinin rəhbərlik etdiyi institut ölkənin radiasiya, səhiyyə, kimyəvi və bioloji təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulmuş dövlət orqanı FMBA-nın bir hissəsidir.

 

FMBA bildirib ki, korrupsiya araşdırmasından sonra onun dələduzluqda iştirakı ilə bağlı dosye hüquq-mühafizə orqanlarına təhvil verilib.

Truxinin Rusiyanı tərk etmək niyyətində olduğu və rus peyvəndləri və zərdabları haqda çoxlu maraqlı şeylər danışa biləcəyi məlum olduqdan sonra ona qarşı cinayət işi açılıb. Truxinin Nikaraqua pasportu olub.

Rəhbəri olduğu institut koronavirus, hepatit və cinsi yolla keçən xəstəliklərlə mübarizə üçün dərmanların hazırlanmasında ön sıralardadır, həmçinin Rusiya peyvəndlərinin ixracında aparıcı rol oynayır və gizli anlaşmalara malikdir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password