Avropa Şurasının Baş katibi: “Xankəndidə qondarma seçkinin heç bir hüquqi əsası yoxdur”
“Xankəndidə qondarma prezident seçkisinin heç bir hüquqi əsası yoxdur”.
Bunu Avropa Şurasının Baş katibi Mariya Pejçinoviç-Buriç “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Regionda humanitar vəziyyət və beynəlxalq standartlara hörmət əsasdır. Avropa Şurası bütün tərəfləri gərginliyi azaltmağa, dialoqa, sülhü bərpa etməyə çağırır. Avropa Şurası bunları dəstəkləməyə hazırdır”, – Mariya Pejçinoviç-Buriç əlavə edib.