Putinin qələbə üçün son ümidi – “Onu gözləyir”

 

Rusiya Ukraynaya qarşı müharibədə öz məqsədlərinə nail ola bilmədiyi üçün uduzdu və zəifləmiş dövlətə çevrildi.

Bu fikri Qərb rəsmiləri CNN-ə deyiblər.

Məlumatda qeyd olunur ki, Ukrayna qoşunlarının irəliləyişi Rusiyanın yaxşı hazırlanmış müdafiəsi sayəsində tədrici olub, iki ay əvvəl gözlənildiyi qədər sürətli olmayıb.

Eyni zamanda, onlar əmindirlər ki, Moskva ərazi uğrunda gedən döyüşlərdən asılı olmayaraq, artıq uduzub, çünki əsas məqsədinə – Ukraynanı özünə tabe etməyə nail ola bilməyib.

“Bu, ərazi uğrunda çox uzun bir döyüş ola bilər, amma müharibə və Rusiyanın əldə etmək istədiyi şey baxımından o, uduzdu və Rusiya artıq zəifləmiş bir dövlətdir və eniş trayektoriyasındadır”, – rəsmilərdən biri söyləyib.

Mənbə Rusiyanın işğal etdiyi əraziləri saxlasa belə, hansısa yolla qalib gələ biləcəyini düşünməyi “dəlilik” adlandırıb:

 

“Rusiya NATO-nu gücləndirdi, onu Finlandiya, İsveç kimi dövlətlərin hesabına genişləndirdi, Ukraynanı NATO və Avropa Birliyinə daxil olmaq yoluna çıxardı”.

CNN-in digər həmsöhbəti hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ seçkilərində Donald Trampın qələbəsinə ümid edir.

“Bu, kifayət qədər uzun bir mərhələdir. Hələ bundan uzaqdır. Bu arada Ukraynada müharibə normal getsəydi, Priqojinin qiyamı baş verməzdi”, – rəsmi əlavə edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password