NATO Baş katibi Türkiyəyə təşəkkür edib

 

NATO Baş katibi Yens Stoltenberq “Taxıl sazişi” ilə bağlı səylərinə görə Türkiyəyə təşəkkür edib.

Bu barədə Avropa Parlamentinin Xarici Əlaqələr, Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin Brüsseldə keçirilən iclasında çıxışı zamanı deyib.

Alyans rəhbəri Türkiyənin səylərini alqışladığını bildirib: “Biz Rusiyanın “Taxıl sazişi”ndən çıxmasını pisləyir və Türkiyənin səylərini alqışlayırıq”.

Xatırladaq ki, 2022-ci il iyul ayında Türkiyə, Rusiya, Ukrayna və BMT-nin iştirakı ilə “Taxıl sazişi” imzalanıb. Sənədin müddəti bu il iyulun 17-də başa çatıb və Moskva sazişdə iştirakını dayandırıb.

BMT Təhlükəsizlik Şurasının iyulun 21-də keçirilən iclasında əksər ölkələr Rusiyanı “Taxıl sazişi”nin müddətini uzatmağa çağırıb.

Qeyd edək ki, sentyabrın 4-də Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Soçidə “Taxıl sazişi”nin gələcəyini müzakirə ediblər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password