Hikmət Hacıyev İsrailə səfər edib, ikitərəfli əlqələr müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailə səfər edib.
Bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Hikmət Hacıyev Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi ilə görüşüb, ikitərəfli əlaqələr, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə edib.