Rus polkovnikdən İrəvana: “Putin şantajçıları sevmir”

 

“Ermənistan Rusiya ilə münaqişədən heç nə qazanmayacaq”.

Bunu rusiyalı siyasi ekspert, polkovnik İqor Korotçenko deyib.

“Hesab edirəm ki, İrəvan Moskvaya qarşı informasiya və siyasi hücumlardan əl çəkməlidir. Heç kimə qarşıdurma lazım deyil, xüsusən də Ermənistan Rusiya ilə münaqişədən heç nə qazanmayacaq. Yalnız özü üçün lazımsız problemlər yaradacaq.

 

Real Rusiya-Ermənistan əməkdaşlığı variantlarını axtarmaq lazımdır. Heç kimin heç kimə borcu yoxdur, amma əməkdaşlıq hər iki ölkə üçün faydalı olan yerdə zəruridir. İrəvanın bunun yerinə Brüssel, Paris və Vaşinqtonun tərəfdaşına çevrilib Kremli şantaj etməsinə ehtiyac yoxdur, Putin siyasi şantajçıları sevmir”, – ekspert bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password