Putinlə görüşdən sonra toplanırlar – Ərdoğandan qərar

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərindən sonra Nazirlər Kabinetinin iclasına sədrlik edəcək.

Bu gün Beştəpədə keçiriləcək toplantıda Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşün bütün aspektləri dəyərləndiriləcək.

Prezident Ərdoğanın sıx diplomatik trafiki də görüşün gündəmində olacaq.

 

Türkiyə lideri sentyabrın 9-10-da Hindistanda keçiriləcək G20 liderlərinin sammitində iştirak edəcək. Bundan sonra sentyabrın 17-21-də keçiriləcək BMT Baş Assambleyasının toplantısı üçün ABŞ-a yola düşəcək. Ərdoğan sammit çərçivəsində bir sıra dünya liderləri ilə də ikitərəfli görüşlər keçirəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password